Təhsil xidmətlərinin “ASAN xidmət” mərkəzlərində əhatə dairəsi genişlənir
Bakı, 16 iyun, AZƏRTAC
Daha 5 “ASAN xidmət” mərkəzində elm və təhsil xidmətlərinin göstərilməsinə başlanılıb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar 6 saylı Bakı, həmçinin Quba, Şamaxı, Bərdə və Sabirabad “ASAN xidmət” mərkəzlərində müxtəlif təhsil xidmətlərindən yararlana bilərlər.
Bununla yanaşı, Bakıdakı 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərində, 2 saylı Sumqayıt, 1 saylı Gəncə, Mingəçevir, Şəki, Tovuz, Masallı, İmişli və Salyan regional “ASAN xidmət” mərkəzlərində də vətəndaşlara təhsil xidmətləri göstərilir.
Xidmətlər haqqında daha ətraflı məlumatı nazirliyin saytından əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:17]
Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
- 30.09.2026 [11:40]