TƏHSİLİN ELMİ-METODİKİ TƏMİNATI MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
“Kür-Xəzər” Xeyriyyə Cəmiyyətnini prezidenti Akif Kərimov, professor Akif Abbasov, akademik Teymur Bünyadov, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, xalq yazıçısı Qılman İlkin, Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov, professor Vidadi Xəlilov çıxış edərək, müasir Azərbaycan təhsilinin inkişafından, bu sahədə aparılan islahatlardan, təhsilin elmi-metodiki təminatından və həmin işdə professor Əjdər Ağayevin xidmətlərindən söz açmışlar.
Alimin “Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi” monoqrafıyası, “Təlim prosesi: ənənə və müasirlik”, ibtidai sinif şagirdləri üçün ingilis dilində “Ceyran nənəm” hekayələr kitabı yüksək qiymətləndirilmiş, nəzəri və praktik əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.
Müəllif Şuşa pedaqoji texnikumuna coxlu kitab hədiyyə vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]