Tələbələr arasında Anım Gününə həsr olunmuş intellektual yarış keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Başlanğıc” adlı “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr Azərbaycan tarixi və II Qarabağ müharibəsi mövzuları ilə bağlı 24 sualı cavablandırıblar. Yarışın sonunda qalib komandalar müəyyənləşdirilərək TGT tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, qalibiyyət uğrunda 6 fakültə və AzMİU-nun nəzdində İnşaatçı Kolleci mübarizə aparıb.