Tələbələr arasında respublika çempionatına start verilir
Bakı, 24 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, həmçinin Təhsil Nazirliyinin birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə 2016-ci ilin mart-may aylarında ali təhsil müəssisələri tələbələri arasında respublika çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, martın 3-də başlayacaq çempionatın təqvim planına idmanın 10 növü daxil edilib - atletika, şahmat, mini futbol, voleybol, basketbol, stolüstü tennis, yunan-Roma güləşi, sərbəst güləş, veloidman, badminton.
Yarışlar qız və oğlan komandaları arasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]