Azərbaycan Dövlət İnformasiya Agentliyi

Telekommunikasiyaların rəqəmsal transformasiyası: Azərbaycan üçün imkanlar - MÜSAHİBƏ

Telekommunikasiyaların rəqəmsal transformasiyası: Azərbaycan üçün imkanlar -  MÜSAHİBƏ

Bakı, 15 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Rəqəmsal transformasiya dövründə telekommunikasiya artıq təkcə insanlar arasında əlaqə vasitəsi olmaqdan çıxaraq məlumatlar və xidmətlərdən ibarət mürəkkəb ekosistemə çevrilir. Bu gün xidmətlərin sürəti, keyfiyyəti və fərdiləşdirilməsi birbaşa olaraq operatorların şəbəkə və müştərilər barədə məlumatları nə dərəcədə səmərəli toplaması, təhlil etməsi və istifadə etməsindən asılıdır. Süni intellekt və böyük məlumatların analitikası artıq dəbdəbə deyil, zərurətə çevrilərək xidmət səviyyəsinin yaxşılaşdırılması, xərclərin azaldılması və innovativ məhsulların yaradılması üçün yeni imkanlar açır. Azərbaycan üçün bu, xüsusilə aktualdır: ölkədə telekommunikasiya bazarı hələ köhnəlmiş sistemlərlə həddən artıq yüklənməyib ki, bu da müasir süni intellekt həllərinin və rəqəmsal transformasiyanın tətbiqi üçün əlverişli şərait yaradır, xidmətlərin keyfiyyətinin sürətlə yüksəldilməsinə və müştərilərə yeni, fərdiləşdirilmiş məhsulların təklif olunmasına imkan verir.

AZƏRTAC-ın suallarını məlumatlar və süni intellekt sahəsində tanınmış ekspert, strategiya və rəqəmsal transformasiya üzrə mütəxəssis Stanislav Streltsov cavablandırır.

— Telekommunikasiyada məlumatların idarə edilməsi və süni intellekt sahəsində hansı əsas trendləri Azərbaycan üçün ən tətbiqolunan hesab edirsiniz?

— Birinci və yəqin ki, ən vacib trend şəbəkənin prediktiv texniki xidmətidir. Burada söhbət telekommunikasiya operatorlarının şəbəkə avadanlığının vəziyyətini daimi nəzarətdə saxlamaq üçün süni intellektdən istifadə etməsindən gedir. Süni intellekt mümkün nasazlıqlar baş verməzdən əvvəl proqnozlaşdırmağa kömək edir. Bu isə texniki xidmətin qabaqlayıcı şəkildə aparılmasına imkan yaradır və müştərilər üçün gözlənilməz kəsintilərin riskini azaldır. Bu texnologiya artıq öz effektivliyini sübut edib və müxtəlif ölkələrdə telekommunikasiya operatorları tərəfindən geniş tətbiq olunur, çünki real şəkildə vəsaitə qənaət edir və xidmət keyfiyyətini yüksəldir.

İkinci trend, müştəri itkisi riskinin proqnozlaşdırılmasıdır (customer churn prediction). Burada istifadəçilərin davranışının təhlili mühüm rol oynayır, yəni onların xidmətlərdən necə istifadə etməsi, dəstək xidmətinə nə qədər tez-tez müraciət etməsi, hansı xidmətləri aktivləşdirməsi və ya dayandırması araşdırılır. Bu məlumatlar əsasında süni intellekt ayrılma riski yüksək olan müştəriləri müəyyən edə və şirkətə onlarla qabaqcadan işləmək, onları saxlamaq üçün fərdiləşdirilmiş həllər və ya bonuslar təklif etmək imkanı verə bilər.

Üçüncü trend, çat-botlar və süni intellekt köməkçiləri vasitəsilə müştəri xidmətlərinin avtomatlaşdırılmasıdır. Bu cür sistemlər müştərilərə tipik suallara daha sürətli cavab almağa şərait yaradır, eyni zamanda, çağrı mərkəzlərinin üzərindəki yükü azaldır. Nəticədə müştərilər daha sürətli və rahat xidmət əldə edir, operatorlar isə dəstək xərclərini azaldır. Azərbaycan üçün bu texnologiyalar xüsusilə perspektivlidir. Burada bazar daha köhnə telekommunikasiya bazarlarında olduğu kimi köhnəlmiş və ya həddindən artıq mürəkkəb sistemlərlə yüklənməyib. Bu isə müasir həllərin tətbiqini asanlaşdırır. Bununla belə, bütün proseslərin səmərəli işləməsi üçün əsas məlumat infrastrukturuna investisiya qoyuluşu zəruridir ki, məlumatlar keyfiyyətli olsun və təhlil üçün əlçatanlıq təmin edilsin.

— Süni intellekt telekommunikasiya operatorlarına və onların müştərilərinə hansı əsas üstünlükləri verir?

— Telekommunikasiya operatorları üçün əsas üstünlüklər bir neçə istiqamətdə cəmlənir. Birincisi, şəbəkənin xidməti, standart sorğuların emalı və problemlərin aşkarlanması kimi proseslərin avtomatlaşdırılması hesabına əməliyyat xərclərinin azaldılmasıdır. İkincisi, şəbəkənin fəaliyyətinin səmərəliliyinin artırılmasıdır ki, bu da nasazlıqların daha tez aşkar edilib aradan qaldırılmasına, yükün düzgün paylanmasına və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına imkan verir. Üçüncüsü, müştərilərin saxlanmasının gücləndirilməsidir. Süni intellekt istifadəçilərin davranışını daha dəqiq proqnozlaşdırmağa və onlara vaxtında uyğun həllər və ya kampaniyalar təklif etməyə imkan verir ki, bu da işdən ayrılma ehtimalını azaldır.

Müştərilər üçün də üstünlüklər kifayət qədər nəzərəçarpandır. Onlar problemlərin daha sürətli həllini əldə edirlər, çünki standart suallar avtomatik şəkildə emal oluna bilər. Müştərilərə onların ehtiyaclarına və vərdişlərinə uyğun daha məqsədyönlü təkliflər və tariflər təqdim olunur. Bundan əlavə, şəbəkənin proqnozlaşdırıcı texniki xidməti hesabına rabitə keyfiyyəti yüksəlir, kəsintilərin və siqnal problemlərinin sayı azalır. Lakin nəzərə almaq lazımdır ki, nəticələr daha çox reallaşdırmanın keyfiyyətindən asılıdır. Məlumatların zəif hazırlanması, analitikada yol verilən səhvlər və ya düzgün seçilməmiş istifadə ssenariləri tez-tez süni intellekt layihələrinin gözlənilən effekti verməməsinə və məyusluğa səbəb olur.

— Azərbaycanda telekommunikasiya şirkətləri xidmətlərin keyfiyyətini artırmaq və yeni məhsullar yaratmaq üçün məlumatlardan necə istifadə edə bilərlər?

— Telekommunikasiya operatorlarının topladığı məlumatlardan bir neçə istiqamətdə istifadə etmək mümkündür. Xidmətlərin keyfiyyətinin artırılması baxımından şəbəkə məlumatları zəif örtük zonalarını, yüklənmiş şəbəkə sahələrini və təkrarlanan problemləri müəyyən etməyə imkan verir. Bunun sayəsində operator infrastruktura investisiyaların hansı istiqamətə yönəldilməli olduğunu daha dəqiq müəyyən edə, müştərilər üçün rabitə keyfiyyətini yaxşılaşdıra və onların məmnunluğunu artıra bilər.

Yeni məhsulların yaradılması baxımından da imkanlar mövcuddur, xüsusilə B2B seqmentində. Məsələn, telekommunikasiya operatorları sənaye şirkətləri üçün IoT bağlantıları təklif edə, pərakəndə satış sektoru üçün ünvanların analitikasını təqdim edə və ya avtoparkların idarə olunması üçün həllər yarada bilərlər. Bu istiqamətlər əsas telekommunikasiya biznesinə yaxındır və real kommersiya dəyərinə malikdir. Tamamilə yeni biznes istiqamətlərinin yaradılması isə çox vaxt çətinliklərlə, əsasən də telekommunikasiya sahəsindən kənarda bu sahə üzrə ekspertizanın çatışmazlığı səbəbindən üzləşir. Buna görə də əsas biznesə yaxın olan məhsullarla başlamaq, dərhal tamamilə yeni və mürəkkəb sahələrə çıxmağa çalışmaqdan daha məqsədəuyğundur.

— Məlumatların idarə edilməsi üçün səmərəli infrastrukturun qurulması və süni intellektin inkişafı üçün hansı addımlar zəruridir?

— Birinci addım məlumatların idarə olunması sisteminin, yəni “data governance” mexanizminin yaradılmasıdır. Buraya məlumat sahiblərinin müəyyən edilməsi, keyfiyyət standartlarının və giriş qaydalarının təsbit edilməsi daxildir. Anlamaq vacibdir ki, bu, ilk növbədə təşkilati vəzifədir, yəni aydın struktur və məsuliyyət olmadan ən müasir texnologiya belə səmərəli işləməyəcək. İkinci addım, mərkəzləşdirilmiş məlumat infrastrukturunun qurulmasıdır. Bütün məlumatlar bir məkanda birləşdirilməlidir ki, onların təhlili aparılsın və süni intellekt layihələrində istifadə olunsun. Arxitektura müxtəlif ola bilər – “data lake”, “data warehouse” və ya “data mesh”. Seçim şirkətin strukturundan və konkret biznes ssenarilərindən asılıdır. Üçüncü addım, hesablama infrastrukturudur. Şirkətin öz GPU-serverlərindən istifadə edib-etməyəcəyi və ya bulud xidmətlərinə üstünlük verəcəyi müəyyənləşdirilməlidir. Bu qərar real yüklər və xərclərin təhlili əsasında qəbul edilməlidir ki, vəsaitlər səmərəsiz xərclənməsin. Dördüncü addım, kadr məsələsidir. Həm süni intellekti, həm də telekommunikasiya biznesini anlayan mütəxəssislərə ehtiyac var. Təcrübədə mövcud əməkdaşların öyrədilməsi çox vaxt bazarda hazır mütəxəssis axtarışından daha real variant olur, çünki belə kadrlar azdır və yüksək dəyərə malikdir. Nəhayət, beşinci addım kiçik, lakin yüksək dəyər yaradan layihələrdən başlamaqdır. Bu, nəticələri daha tez görməyə, təcrübə toplamağa və şirkət daxilində yeni texnologiyalara inamı möhkəmləndirməyə imkan verir.

— Məlumatların təhlükəsizliyi və məxfilik sahəsində hansı prioritetlər daha vacibdir?

— Birinci prioritet, girişə nəzarət sistemləridir. Məlumat sızıntılarının əksəriyyəti xarici hücumlardan deyil, şirkət daxilində baş verdiyinə görə, kimlərin hansı məlumatlara çıxışının olduğu ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. İkinci prioritet, məlumatların həm saxlanma, həm də ötürülmə zamanı şifrələnməsidir. Bu, artıq müasir sistemlərin təhlükəsiz işləməsi üçün zəruri olan standart praktikadır. Üçüncü prioritet, məlumatların minimallaşdırılmasıdır. Riskləri azaltmaq üçün yalnız biznes baxımından real ehtiyac olan məlumatlar toplanmalı və saxlanılmalıdır. Dördüncü prioritet isə, müntəzəm təhlükəsizlik auditlərinin və pentestlərin aparılmasıdır. Bu, zəif nöqtələrin vaxtında aşkar edilməsinə və potensial təhdidlərin qarşısının alınmasına kömək edir. Əsas çətinlik təhlükəsizliklə əməliyyat səmərəliliyi arasında balansın aşkar edilməsindədir. Mütləq qoruma prosesləri ləngidir və xərcləri artırır, buna görə də hər zaman məqbul kompromis axtarılmalıdır.

— Məhz Azərbaycan üçün hansı süni intellekt və məlumat təşəbbüsləri daha perspektivlidir?

— Ən perspektivli istiqamətlər şəbəkənin optimallaşdırılması və proqnozlaşdırıcı texniki xidmətdir. Bu həllər artıq effektivliyini sübut edib, investisiyaların geri dönüş göstəricisi aydındır və tətbiqi nisbətən sadədir. Müştəri xidmətlərinin avtomatlaşdırılması, o cümlədən tipik sorğular üçün çat-botların və problemlərin avtomatlaşdırılmış diaqnostikasının tətbiqi də müsbət nəticələr verir. Ayrıca olaraq fırıldaqçılığın aşkar edilməsi istiqamətini qeyd etmək lazımdır. Bu sahə aydın biznes əsaslandırmasına və asan ölçülə bilən nəticələrə malikdir, buna görə də reallaşdırılması tez bir zamanda iqtisadi effekt göstərir. Eyni zamanda, mürəkkəb yeni biznes modellərinə, açıq kommersiya tətbiqi olmayan tədqiqat layihələrinə və bütün süni intellekt trendlərini kor-koranə izləməyə ehtiyatla yanaşmaq lazımdır.

— Süni intellekt sahəsində hansı qlobal trendləri görürsünüz və Azərbaycan onlara necə hazırlaşmalıdır?

— GPT kimi fundamental modellər getdikcə daha əlçatan olur. Bu, sıfırdan öz modellərini yaratmaq ehtiyacını azaldır və süni intellektin biznes proseslərinə daha sürətli inteqrasiyasına imkan verir. Eyni zamanda, aşağı gecikmə tələblərinə görə “edge computing”in, yəni məlumatların yalnız buludda deyil, cihazların özündə emalının əhəmiyyəti artır. Bununla yanaşı, süni intellektə dair tənzimləyici diqqəti güclənir. Məsələn, Avropa İttifaqının “AI Act” sənədi göstərir ki, şirkətlər yeni qaydalara və nəzarət mexanizmlərinə hazır olmalıdır.

Hazırlıq üçün vacibdir:

• etibarlı rabitə və müasir şəbəkələr daxil olmaqla əsas infrastruktura investisiya yatırmaq;

• çeviklik və miqyaslana bilmə üçün bulud provayderləri ilə tərəfdaşlıqlar yaratmaq;

• süni intellektlə işləməyə hazır ixtisaslı kadrların formalaşması üçün təhsil və təlim proqramlarını inkişaf etdirmək.

Nəhayət, biznesi və innovasiyaları dəstəkləyən, lakin onları həddindən artıq məhdudiyyətlərlə boğmayan aydın və balanslaşdırılmış tənzimləyici mühitin mövcudluğu vacibdir. Anlamaq lazımdır ki, süni intellekt bəzən marketinq materiallarında göstərildiyindən daha yavaş və daha mürəkkəb şəkildə tətbiq olunur. Uğurlu layihələr yeni texnologiyaların ardınca qaçmaq üzərində deyil, dəqiq biznes dəyəri olan, artıq sınaqdan çıxarılmış həllərin keyfiyyətli icrası üzərində qurulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH