Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
Bakı, 18 sentyabr, AZƏRTAC
Təlimlərin növbəti mərhələsində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkili məqsədilə əvvəlcədən qəbul edilmiş qərarlar maket və xəritə üzərində dəqiqləşdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri qərargahlarda ətraflı işlənilir.