Tərtərdə 25 min 572,6 hektar sahədə əkin işləri aparılıb
Tərtər, 13 iyul, AZƏRTAC
Tərtər rayonunda bu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otlar da daxil olmaqla 25 min 572,6 hektar sahədə payızlıq və yazlıq bitkilərin əkini həyata keçirilib.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkinlərin 10 min 882,8 hektarını dənli və dənli paxlalı bitkilər, 5134,8 hektarını texniki bitkilər, 1444,5 hektarını kartof, tərəvəz və bostan bitkiləri, 8110,5 hektarını yem bitkiləri təşkil edir. Dənli və dənli paxlalı bitkilərin 6056,9 hektarı buğda, 4542,9 hektarı arpa, 223,5 hektarı dən üçün qarğıdalı, 11 hektarı vələmir, 1 hektarı darı, 23 hektarı noxud, 22 hektarı lobya, 2,5 hektarı soya, texniki bitkilərin 2981 hektarı pambıq, 301,7 hektarı şəkər çuğunduru, 1852,1 hektarı dən üçün günəbaxan bitkilərinin əkin sahələridir.
Bu il rayonda kənd təsərrüfatı bitkiləri əkininin 1467 hektarı və ya 5,7 faizi kənd təsərrüfatları müəssisələrində, 24 min 104,6 hektarı və ya 94,3 faizi ailə kəndli və ev təsərrüfatlarında aparılıb. Ümumiyyətlə, rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin 98,4 faizi özəl sektorun payına düşür.