REGİONLAR
Tərtərdə “Xocalı faciəsi şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib
Tərtər, 22 fevral, AZƏRTAC
Tərtər rayon Gənclər Mərkəzində Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun 37 ümumtəhsil məktəbinin şagirdlərinin iştirak etdiyi müsabiqədə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdiyi etnik təmizləmə və işğal siyasətindən bəhs edib, Xocalı faciəsi, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar.
Sonra şagirdlərin Xocalı faciəsinə həsr etdikləri rəsmlərə baxış keçirilib. Müsabiqənin qalibləri müəyyən edilərək diplomlarla təltif olunub.