Təsərrüfat sahələrində çalışan işçilər arasında azı 2 metr ara məsafəsinin saxlanılması tövsiyə olunur
Bakı, 24 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi fermerlərin COVID-19-dan qorunma qaydalarına dair maarifləndirici material yayıb.
AZƏRTAC agentliyə istinadən xəbər verir ki maarifləndirici materialda təsərrüfat sahələrində çalışan işçilər arasında azı 2 metr ara məsafəsinin saxlanılmasının, çirkli əllərlə ağız, burun və gözlərə toxunulmamasının, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmas qurulmamasının vacibliyi qeyd olunub. Həmçinin bildirilib ki, iş paltarı, boşqab, stəkan, dəsmal və bu kimi digər əşyalar ortaq istifadə edilməməli, təkistifadəlik maska, əlcək düzgün çıxarılıb, paketə qoyularaq qapalı zibil qutusuna atılmalı, iş paltarı 60°-də yuyucu tozla yuyulmalıdır. Evə gəldikdə əllərin sabunlanaraq azı 20 saniyə axar su altında yuyulması tövsiyə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]