“Tesla” Böyük Britaniyada evlərə elektrik enerjisi tədarük etməyə hazırlaşır
London, 12 mart, AZƏRTAC
İlon Maskın rəhbərlik etdiyi “Tesla” şirkəti Böyük Britaniyada ev təsərrüfatlarına elektrik enerjisi tədarük etməyə hazırlaşır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, şirkət bu məqsədlə ölkənin enerji tənzimləyicisindən rəsmi lisenziya alıb.
Böyük Britaniyanın enerji tənzimləyicisi “Ofgem” bildirib ki, “Tesla”nın bölməsi olan “Tesla Energy Ventures” elektrik enerjisi təchizatçısı kimi fəaliyyət göstərmək üçün təsdiq edilib. Lisenziyanın verilməsi prosesi ötən ilin iyul ayında başlanmışdı.
Yeni lisenziya ABŞ-nin Texas ştatında yerləşən “Tesla” şirkətinə Böyük Britaniya bazarında genişlənmək imkanı yaradır. Şirkət Günəş enerjisi və enerji saxlama batareyaları sahəsindəki texnologiyalarından istifadə edərək birbaşa ev təsərrüfatlarına xidmət göstərməyi planlaşdırır.
Tesla bu bazarda “Octopus Energy”, “British Gas” və EDF kimi mövcud enerji təchizatçıları ilə rəqabət aparacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]