“Tesla” Çin bazarında satdığı 285 min avtomobili geri çağırır
Pekin, 28 iyun, AZƏRTAC
ABŞ-ın elektrik avtomobilləri üzrə iri şirkəti “Tesla” Çin bazarında satdığı 285 min avtomobili proqram təminatını yeniləmək üçün geri çağırmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası müvafiq araşdırma apardıqdan sonra şirkət qarşısında avtomobillərin proqram təminatının yenilənməsi tələbini qoyub. Bildirilir ki, həmin avtomobillərin köməkçi idarəetmə texnologiyasındakı qüsurlar qəzalara səbəb ola bilər.
Şirkət avtomobillərin proqram təminatı pulsuz yeniləyir. Geri çağırılan avtomobillər həm idxal edilən, həm də Çində istehsal olunan “Model 3” və “Model Y” nəqliyyat vasitələridir.
Qeyd edək ki, son aylar Çində “Tesla” avtomobillərinin ölümlə nəticələnən qəzalarından sonra istehlakçılar arasında həmin nəqliyyat vasitələrindən şikayət halları çoxalıb. Şirkət Çində çox populyar olan “Tesla” avtomobilləri ilə bağlı şikayətləri təhlil etmək üçün data mərkəzi açmağı planlaşdırır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]