TETÇER MİTTERANI ARGENTİNAYA NÜVƏ ZƏRBƏSİ ENDİRMƏKLƏ HƏDƏLƏMİŞDİR
Kitabda Fransua Mitteranın psixoloji portretini yaradan müəllif 1982-1984-cü illərdə onunla Parisdə həftədə iki dəfə məxfi görüşürmüş. Onun yazdığına görə, Fransanın ilk sosialist prezidenti güman edirmiş ki, La-Manş altından tunel çəkdirməklə və Britaniyanı ada statusundan həmişəlik məhrum etməklə hayıf çıxa bilər.
Reputasiyasının ləkələnməsinə baxmayaraq, fransızların, xüsusilə sol qüvvələrin F.Mitterana rəğbətləri azalmamışdır. Kitabda bu müəmmalı adamın daxili aləminin açılmasına, onun mürəkkəb keçmişindən danışılmasına, məruz qaldığı paranoye və hakimiyyət kompleksinə baxmayaraq, burada ən maraqlı məqamlar Böyük Britaniyanın sabiq Baş naziri haqqında dediyi fikirlərdir.
Maqudi yazır ki, onunla görüşə 45 dəqiqədən çox gecikən Prezident demişdir: “Üzr istəyirəm. Dəmir ledi ilə mübahisəni yoluna qoymaq lazım idi. Bu Tetçer ... Necə də dözülməz qadındır. Argentinaya satdığımız raketləri zərərsizləşdirmək üçün məxfi kodları verməyəcəyim halda, Cənubi Atlantikadakı Britaniyaya məxsus 4 sualtı atom qayığından Argentinaya qarşı nüvə silahı işlədəyəci ilə məni təhdid edir”. Bu hadisə 1982-ci il mayın 7-də olmuşdu.
Psixoanalitik Mitteranın bu sözlərinin həqiqət olduğu barədə kitabın naşirinə and içmişdir: “O, qəzəb içindədir. O, bu yeni Trafalqar... məni şəxsən təqsirləndirir. Məni təslim olmağa məcbur etdi. İndi bu kodlar onun əlindədir”.
Vaxtilə “Tetçerdə Kaliqulanın gözləri, Merilin Monronun ağzı var” deyən Mitteran fikrini belə davam etdiribmiş: “Bu, höcət ingilis xanımının ada sindromunun qarşısını almaq mümkün deyildir. Bir neçə kiçik adaya görə nüvə müharibəsinə başlamaq... Yaxşı, mən təslim oldum. Sizi inandırıram, əks halda, bu ledi öz dəmir barmağı ilə düyməni basacaqdı”.
Prezident iddia edirmiş ki, son söz Fransanındır. O deyirmiş: “Mən La-Manş altından tunel çəkdirəcəyəm. Napoleonun edə bilmədiyini həyata keçirəcəyəm. Onun mənim təklifimi nə üçün qəbul edəcəyini bilirsinizmi? Ona deyəcəyəm ki, bunun üçün krallığın bir penni belə xərci çıxmayacaq”.