Texniki Universitet “Hədəf Nəşrləri” MMC ilə əməkdaşlığa başlayır
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Hədəf Nəşrləri” MMC-nin baş direktoru Şamil Sadiqlə görüşüb.
Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib. Görülən işlər barədə qonağa məlumat verən rektor AzTU-nun “Hədəf Nəşrləri” MMC ilə əməkdaşlığa önəm verdiyini deyib.
Ş.Sadiq I ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər üçün AzTU-da “Açıq qapı” günlərinin təşkili, mühəndislik peşəsinə marağı olan yuxarı sinif şagirdlərin texniki biliklərinin artırılması ilə bağlı kursların keçirilməsini təklif edib. Bildirib ki, rəhbərlik etdiyi şirkətin 10 tədris filialı var. Bu filiallarda I və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərin AzTU-ya marağı nəzərə alınaraq yaxın günlərdə rektor Vilayət Vəliyevin onlarla onlayn görüşünün təşkil olunması məqsədəuyğun olar.
Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “Hədəf Nəşrləri” MMC arasında əməkdaşlıq müqaviəsi imzalanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]