Texniki Universitetdə soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Texniki Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
Mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Universitetin rektoru, professor Havar Məmmədov, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev və başqaları əsrlər boyu erməni təcavüzkarları tərəfindən Azərbaycan xalqının başına gətirilən bəlalardan söhbət açmışlar. Bildirilmişdir ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər.
Diqqətə çatdırılmışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına uyğun olaraq hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Vurğulanmışdır ki, xalqımıza qarşı etnik təmizləmə siyasəti müxtəlif illərdə davam etdirilmiş, təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt olunmuş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]