TEYMUR KUTSEBA-ALEKSANDR QLOTOV DUETİ SİNQAPUR OLİMPİADASINA LİSENZİYA QAZANA BİLMƏDİ
Bakı, 6 avqust (AZƏRTAC). Fransanın Briv-la-Qayard şəhərində keçirilən yeniyetmələr arasında akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri əsas yarımfinala vəsiqə qazana bilməyiblər.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından bildirmişlər ki, 2 nəfərlik sükansız qayıqda çıxış edən Teymur Kutseba-Aleksandr Qlotov dueti 1/4 finalda 6 iştirakçı arasında 4-cü yeri tutmuşdur.
2000 metr məsafəni 7 dəqiqə 3 saniyə 860 mikrosaniyəyə qət edən avarçəkənlərimiz yüksək yerlər uğrunda mübarizə şanslarını itiriblər. Reqlamentə əsasən, 1/4 finalda ilk üçlüyə düşən cütlüklər A və ya B yarımfinalına vəsiqə qazanmalı idilər. Kutseba-Qlotov dueti 1500 metr məsafəni 3-cü sırada keçsə də, finişə doğru bu mövqeyini əldən vermişdir.
Beləliklə, avarçəkənlərimiz medallar və 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə şanslarını itiriblər. Azərbaycanlı duet dünya çempionatında mübarizəni C və ya D yarımfinalında davam etdirəcək.
Qeyd edək ki, Sinqapur Olimpiadasına lisenziya qazanmaq üçün Kutseba-Qlotov dueti öz kateqoriyalarında finalın ilk beşliyinə düşməli idilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]