Təyyarə qəzasında həlak olmuş Braziliya futbolçularının xatirəsinə yoldaşlıq oyunu keçiriləcək
Bakı, 7 dekabr, AZƏRTAC
Braziliyanın “Şapokoense” klubunun təyyarə qəzasında həlak olmuş futbolçularının xatirəsinə həsr edilən yoldaşlıq oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, xeyriyyə məqsədilə təşkil edilən yoldaşlıq oyunu Braziliya və Kolumbiya yığmaları arasında olacaq. Oyundan əldə edilən gəlir qəzada dünyasını dəyişənlərin ailələrinə veriləcək.
Qarşılaşmanın yanvarda “Marakana” stadionunda və ya “Şapokoense”nin meydanında keçirilməsi nəzərdə tutulub.
Matçın keçiriləcəyi tarix və stadionun adı yaxın günlərdə müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]