TEZLİKLƏ YENİ MƏNZİLLƏRƏ KÖÇƏCƏKLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yaxın günlərdə 36 şəhid və Qarabağ müharibəsi əlili ailəsi, habelə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı sağlamlığını itirmiş şəxslər yeni işıqlı və rahat ikiotaqlı mənzillərə köçəcəklər. Onlar üçün nəzərdə tutulmuş dördmərtəbəli yaşayış binası 12-ci mikrorayonda tikilmişdir. Əvvəllər burada əhalinin güzəştli hissəsi üçün bu cür iki yaşayış binası istifadəyə verilmişdir.