TFRRORİSTLƏR FRANSANI HƏDƏLƏYİRLƏR
Çeçen yaraqlılarının komandiri Movsar Barayevin imzası ilə fransız və ərəb dillərində yazılmış və Parisdə nəşr olunan “Le Pariziyen” jurnalının redaksiyasına göndərilmiş hədə dolu məktub ölkənin baş nazirinə ünvanlanmışdır.
Terror əleyhinə ekspertlər qrupunun fikrincə, müsəlman qızlarının məktəbə baş örtüyü ilə gəlməsini qadağan etmək barədə hökumətin qərarı Fransanı terrorçuların hədəfinə çevirə bilər. Həmin məktubda elə bu məsələyə toxunulmuşdur.
Daxili işlər naziri Nikola Sarkozi məktubun hərtərəfli öyrənildiyini və ciddi təhlükəsizlik tədbirləri görüldüyünü bəyan etmişdir.