TİKİLMƏKDƏ OLAN MÜƏSSİSƏ NƏZƏRDƏ TUTULDUĞUNDAN İKİ AY GEC İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Söhbət İmişli şəkər zavodundan gedir. “Azərsun Holdinq” Şirkətlər Qrupundan AZƏRTAC-a bildirmişlər ki, ildə 350 min ton şəkər istehsal edəcək bu nəhəng müəssisənin avadanlıq, qurğu və qovşaqları Avropanın müxtəlif ölkələrindən gətirilir. Sifariş edilmiş texnoloji avadanlığın yolda ləngiməsi müəssisənin istifadəyə verilməsi müddətinin bir qədər gecikməsinə səbəb olmuşdur.
Tikinti işlərini sürətləndirmək məqsədi ilə obyektdə üçnövbəli iş təşkil edilmişdir. Zavodun əsas və yardımçı istehsal sahələrində indi hər gün təqribən 1700 inşaatçı və quraşdırıcı çalışır. Müəssisəni gələn ilin ilk ayında istifadəyə vermək nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]