“Time” jurnalı: Müğənni Teylor Svift 2023-cü ilin adamı seçilib
Bakı, 7 dekabr, AZƏRTAC
Müğənni Teylor Svift Amerikanın “Time” jurnalının versiyasına görə “İlin adamı” adına layiq görülüb.
“Bu ən qürurverici və xoşbəxtlik bəxş edən hissdir, indiyədək həyatımda yaradıcılıq baxımından özünü doğruldan və mənə asudəlik verən duyğudur” - deyə, müğənni jurnala açıqlamasında bildirib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu nominasiya üzrə 2023-cü ildə cəmi 9 namizədin adı irəli sürülüb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniya Kralı III Çarlz, “Barbi” filmində baş rolun ifaçısı Teylor Svift, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpin, CHatGPT-nin yaradıcısı Sem Altman, Hollivud ssenaristləri və aktyorları da var.
“Time” jurnalı 1927-ci ildən bəri hər il “İlin adamı”nı seçir. 2022-ci ildə bu ada Ukrayna Prezidenti Volodimir Zelenski, ondan əvvəl isə İlon Mask layiq görülüb.
İlk dəfə bu titulu 1927-ci ildə təkbaşına Atlantika üzərindən uçaraq keçən Amerikalı pilot Çarlz Lindberq əldə edib. Müxtəlif siyasi və ictimai xadimlər, demək olar ki, 70 dəfə bu ada layiq görülüblər. Onların arasında Mahatma Qandi (1930), Uinston Çörçill (1940, 1949), II Yelizaveta (1952), Şarl de Qoll (1958), Martin Lüter Kinq (1963), Henri Kissincer (1972), Den Syaopin (1978, 1985), Ayətullah Xomeyni (1979), Lex Valensa (1981), Roma Papası II İohann Pavel (1994) və Roma Papası Fransisk (2013), Angela Merkel (2015) də var.
Bu titula Cerald Ford istisna olmaqla, Franklin Ruzveltdən başlayaraq bütün Amerika prezidentləri layiq görülüblər. Ruzvelt bu adı üç dəfə -1932, 1934 və 1941-ci illərdə alan yeganə prezidentdir. Bu adı indiyədək SSRİ-nin və Rusiyanın beş lideri ala bilib.