Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tonoyanın ordu “konsepsiyası” Ermənistan reallığından uzaq utopik fərziyyələrdir

Bakı, 13 iyun, AZƏRTAC

Ermənistanın Müdafiə naziri David Tonoyanın müxtəlif mənbələrdən köçürərək “konsepsiya” adı altında dərc etdiyi və erməni ictimaiyyətinə sırıdığı fikirlərinə ən düzgün qiyməti elə Azərbaycan Müdafiə Nazirliyi verdi. Sözün həqiqi mənasında açıqlamada deyildiyi kimi, “Xarici borcun dövlət büdcəsini üstələdiyi, iqtisadiyyatının isə xarici ianələr və “marafonlar”dan əldə olunan vəsaitlər hesabına formalaşdığı bir ölkənin müdafiə nazirinin bu cür çıxış etməsi absurddur. D.Tonoyanın səsləndirdiyi fikirlərin Ermənistan miqyasında praktiki olaraq həyata keçirilməsi mümkün deyil. Buna nə Ermənistanın iqtisadiyyatı, nə də hərbi potensialı imkan vermir.

Bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, hərbi jurnalist İsa İsmayılovun “Tonoyanın ordu “konsepsiyası” Ermənistan reallığından uzaq olan utopik fərziyyələrdir” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

D.Tonoyanın bu addımı Nikol Paşinyanın köhnə komandanın nümayəndələrini bir-bir müxtəlif bəhanələrlə “təmizləyərək” yerinə öz adamlarını yerləşdirdiyi bir vaxtda kreslosunu saxlamaq üçün göstərilən cəhddən başqa bir şey deyil. Bir növ suda boğulanın saman çöpündən mədəd umması kimi.

Ermənistan ordusunun məqsədlərindən danışan işğalçı ölkənin müdafiə naziri utanmazcasına bu barədə fəlsəfi fikirlər yürütməyə çalışır. Əslində isə bu “konsepsiya” onun iki il bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yığıncağında oxuduğu, başqa mənbələrdən, hərbi-strateji vəsaitlərdən oğurladığı nəzəri fərziyyələrin toplusudur. “Stroybatda” xidmət edən “dahi hərbçinin” daxili auditoriyaya sırımaq istədiyi bu fərziyyələrin Ermənistan reallığı ilə heç bir bağlılığı, düşmən ordusunun mövcud durumu ilə uzlaşması yoxdur.

Bir rus misalında deyilir ki, sənin fiziki, maddi və mənəvi imkanlara sığmayan planların elə arzular olaraq qalır. Yəni, Tonoyanın səsləndirdiyi fikirlər utopiyadır, xəyaldır, onun yerinə yetirə bilməyəcəyi, Ermənistan səviyyəsində reallaşdırılması mümkün olmayan planlardır. Bunu nəzərə alaraq işğalçı ölkənin müdafiə nazirinin konsepsiyasına ciddi yanaşmaq da düzgün deyil. Əl açıb dilənməklə ordu saxlayan, ianələr hesabına ölkə iqtisadiyyatını bir təhər dizi üstə saxlayan, keçirilən marafonlar sayəsində varlanan, korrupsiyaya qərq olmuş məmurları olan bir dövlətin müdafiə nazirinin belə açıqlamaları gülüş doğurur. Məhz ona görə də bu konsepsiyanı yalnız yumoristik bir novella kimi qəbul etmək daha düzgün olardı.

İşğalçı ordunun vəzifələrinə həsr edilən fikirləri də qeyd etmək lazımdır. Ermənistan ordusunun məqsədlərindən, qarşısında duran vəzifələrindən danışan Tonayanın ya tarixi bilgisi zəifdir, ya da ki, faktları danması erməni xislətinin bariz təcəssümüdür. Əminəm ki, onun bu xisləti imkan versəydi tarixdə heç zaman daimi yaşayış yeri olmayan, torpağı bilinməyən, daima xainliklə istəklərinə nail olan, vətəni olmayan bir xalqın nümayəndəsi qüdrətli ordudan danışmazdı. Çünki daim quldurluqla, terrorçuluqla, separatizm yolu ilə, günahsız insanların qanını tökərək var olmağa çalışan ermənilər indi sahib olduqları “dədə-baba yurdlarını da”, qonşulardan işğal nəticəsində qoparmaqla əldə ediblər. Terrorçuların yaratdığı Ermənistan ordusunun qarşısına bir tapşırıq qoyulub: separatizmi dəstəkləmək, işğalçılıq siyasətini davam etdirməklə “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək. Ancaq nə az, nə çox, cəmi 500 il yubanıblar. Çünki müasir zamanda nə dünya qanunları, nə beynəlxalq hüququn norma və prinsipləri, nə də xalqımız işğal edilmiş ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Əminəm ki, hər cəhətdən düşmən üzərində üstünlüyünü qoruyub saxlayan və daha da yüksəldən Ordumuz düşmənə yetərli dərslər verərək yerini göstərəcəkdir. Necə ki, bunu 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında çox göz etmişdir.

“Tonoyan konsepsiyasında” gülünc olan bir də odur ki, 2019-cu ildə ordularında qazanılan “uğurlardan, alınan təyyarələrdən, artırılan əmək haqqından” ağız dolusu danışarkən nədənsə unudur ki, məhz elə erməni mütəxəssislərin gəldiyi nəticəyə və deputatların təqdim etdiyi hesabata görə 2019-cu il işğalçı ordu üçün ən biabırçı, ən uğursuz, ən çox qeyri-döyüş itkiləri, cinayət hadisələri ilə, intiharlarla, fərariliklə zəngin bir il oldu. Yəqin ki, bunu Paşinyan da, erməni xalqı da gözəl bilir.

Tonoyanın çıxışında “maraqlı” məqamlardan biri də bizi özlərinə hədəf gördüklərini bəyan etməsi, eyni zamanda, işğal edilmiş ərazilərimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələri bölmələrinin fəaliyyətindən dəm vurması, burada yerləşdirilən işğalçı bölmələrin xidmətinə qiymət verməsidir. Bu isə öz növbəsində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin bir daha rəsmi şəkildə etiraf olunmasıdır. Bu məqam da diqqətdən kənarda qalmamalıdır. Tonoyanın təqdim etdiyi “konsepsiyanı” oxuyarkən belə bir təəssürat da yaranır ki, o, özü də yazılardan bixəbərdir. Yəqin ki, köməkçilərinin oradan-buradan, dərsliklərdən köçürüb təqdim etdiyi yazını başı şəxsi biznesinə qarışan Davidin oxumağa vaxtı belə olmayıb. Belə olmasaydı fikirlərdə bu qədər sıçrayışlar gözə dəyməzdi. Yeni silah-sursatdan, tankdan, topdan danışan müəllif elə oradaca da yeməyin keyfiyyətində qazandığı yenilikdən danışır. Necə deyərlər, heç hənanın yeridir. Yemək-içmək hara, tank-tüfəng hara.

Yeni silahların alınmasından danışan Tonoyan texnikanın optimallığından, istifadədə və texniki xidmətdə effektivliyindən, daha çox yerli istehsala üstünlük vermək lazım olduğundan bəhs etməklə ustalıqla və hiyləgərliklə əsas məsələni ört-basdır etməyə çalışır. Bu dedikləri sadəcə uşaq bəhanələridir. Necə deyərlər, pişiyin əli ətə çatmayanda iyindən xoşlanmadığını deyir. Əlacları qalır kustar üsulla hazırlanan “super müasir erməni texnologiyasına”.

Amma reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu üzərində üstünlük əldə etmək üçün yox, sadəcə ona bir az da olsa yaxınlaşmaq üçün belə, ermənilərə lazım olan silah sistemlərini, raket komplekslərini, aviasiya vasitələrini və digər hərbi məhsulları əldə etmək üçün, nəinki dünyada dilənçiliklə pul yığmaqla məşğul olan, ianələr toplayan erməni diasporuna, hətta Ermənistan dövlətinin belə iqtisadi gücü, potensialı yetərli deyil. Onlar çox dəqiq bilirlər ki, Azərbaycanın təkcə hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən çox üstündür.

Təmas xəttində erməni hərbi kəşfiyyatının bizim qüvvələrə nəzarət etməsindən, Hava Hücumundan Müdafiə Qüvvələrinin döyüş növbətçiliyindən, səsdən sürətli uçmağa nail olan pilotlardan, Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi planlarından, döyüş bacarıqlarının təkmilləşdirilməsindən, yeni texniki vasitələrdən, yeni yanaşma metodlarından, döyüş tapşırığının təşkili üçün avtomatlaşdırılmış müasir idarəetmə sistemlərindən bəh-bəhlə danışan Tonoyanın yazdıqlarını oxuduqda aydın olur ki, o, özü belə yazdığı fərziyyələrə, uydurduğu yeniliklərə inanır və başqalarının da buna inanacağını düşünür. Amma deyirlər, sən saydığını say, gör fələk nə sayır. Belə ki, 2016-cı il Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında Azərbaycan Ordusu Tonoyanın təriflədiyi erməni ordusunun necə “qüdrətli olduğunu” ona və dünyaya nümayiş etdirdi. Bu hadisələr zamanı D.Tonoyan nazir müavini, daha sonra isə nazir kreslosunda əyləşmişdi.

“Konsepsiya”da Tonoyan özü də boynuna alır ki, Ermənistan ordusunda illərlə yığılıb qalmış, kök salmış problemləri həll etmək üçün hazırkı sistem gücsüzdür, əlacsızdır. Onda belə bir sual doğur. İllərdir özü bu qurumda rəhbər vəzifədə “işləyən” “dahi strateq” niyə bu problemlərin həlli ilə məşğul olmayıb, nöqsanları aradan qaldırmayıb?! Əksinə, o özü bu nöqsanların yığılıb qalmasına və kök salmasına imkan verib, şərait yaradıb?! Yəqin ki, bunu ondan N.Paşinyanın komandası və erməni cəmiyyəti bir gün soruşacaq. Görəsən, indi yeni metodlar, yeni yanaşmalar, yeni qüvvələr olmadan bunları həll etməyin mümkünsüzlüyünü deyən Tonoyan onda nəyin və kimin arxasında gizlənəcək.

Ancaq insafən desək, hər bayramda, əlamətdar gündə ölkənin hərbi-siyasi rəhbərliyinin təkrar-təkrar səsləndirdikləri bu fikirləri dinləməkdən erməni xalqı da artıq boğaza yığılıb. Bu gün qonşu ölkə cəmiyyəti real olaraq anlayır və başa düşür ki, halva-halva deməklə ağız şirin olmur. Deyirlər, danışırlar, təklif edirlər, lakin nöqsanlar və problemlər yerində sayaraq qalır. Çünki cinayətkar, korrupsioner rejim mümkün olan hər şeyi söküb, satıb, yeyib üstündən də su içib. Erməni xalqına, erməni ordusuna isə ancaq problemlər, nöqsanlar qalıb.

Bu gün yazdığı “konsepsiyanın” arxasına sığınaraq kreslosunu qorumaq üçün dəridən-qabıqdan çıxan D.Tonoyan özü də bilir ki, sadaladığı problemlərin həllinə onun özünün gücü və ümümilikdə ölkəsinin potensialı yetərli deyildir. Odur ki, hələ uzun illər onun dilə gətirdiyi ideyalar elə realizə olunmayan xülyalar, sadə xalqa, daxili auditoriyaya hesablanmış növbəti nağıl olaraq qalacaqdır.

Sözardı: “Mauqli” nağılındakı qocalıb, haldan düşmüş canavarın vida mahnısı təsiri bağışlayan “Tonoyan konsepsiyasının” sonlarında torbada gizlədilən pişiyin qulaqları görünməyə başlayır. Ermənistan ordusunun “gücündən, qüdrətindən, bacarığından, peşəkarlığından” ağzı köpüklənənədək utanmadan danışan Tonayan sonda ən asan və sərfəli yolu təklif edir: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qanadları altına sığınmaq. Əcəba, Ermənistan ordusu bu qədər güclüdürsə, onda bu təşkilatın kölgəsində olmaq belə bir “qüdrətli ordunun” nəyinə gərək? Haqsız yerə dirəşmək və əliboş blef etmək də erməni xislətinin bir xüsusiyyətidir ki, Tonoyan da bundan məharətlə bəhrələndi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb