Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torpaq nisgili, övlad dağı – bir Qərbi azərbaycanlının tale payına düşən yük

Torpaq nisgili, övlad dağı – bir Qərbi azərbaycanlının tale payına düşən yük

Gəncə, 28 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Bu gün Azərbaycanın bir çox bölgələrində əzəli türk yurdu Qərbi Azərbaycandan qovulub, didərgin salınan çox sayda Qərbi azərbaycanlı yaşayır. Bir neçə mərhələdə ömür yoluna sürgün, deportasiya kimi ağır yüklər, vətən nisgili yazılanlardan dünyasını dəyişənlər də var, doğma yurdunun həsrəti ilə yaşayıb, acı xatirələri ilə ürəyinin başı qanayanlar da. Belə soydaşlarımızdan biri Qərbi azərbaycanlı Vaqif Hüseynovdur.

AZƏRTAC-ın bölgə müxbiri onunla söhbət edib, dədə-baba torpaqlarından ayrı düşməsi ilə bağlı həyat hekayəsini qələmə alıb.

1955-ci ildə Basarkeçər rayonunun Böyükməzrə kəndində anadan olan Vaqif Hüseynov doğma yurduna sevgisinin sonsuz olduğunu, keçmişdə qalan xoşbəxt və acı günlərinin tez-tez yuxularına gəldiyini deyir. “Dədə-babalarım 1948–1953-cü illərdə deportasiyaya məruz qalıb, Tərtər rayonuna gəlsələr də, sonradan doğma yurd onları səslədiyi üçün geri dönüblər. Beləliklə, mən 1955-ci ildə Qərbi Azərbaycanda doğulmuşam, orada böyüyüb, boya-başa çatmışam. Kəndimizdə çox gözəl çağlarımız olub. Kəndimizdə erməni ailələrin sayı az idi. Onlar o vaxt da bizimlə qaynayıb-qarışmaqdan çəkinirdilər. İmkan düşən kimi nifrətlərini büruzə verirdilər. Beşiyinin başında “Türk gəldi” deyib qorxudulanlardan heç zaman fərqli münasibət görmədik. Azərbaycanlılar isə həmişə humanist, istiqanlı, yardımsevər, mehriban olublar. Adət-ənələrimizi yaşadırdıq, qonşularla get-gəl edirdik, gözəl bayramlar keçirirdik. Əməyimizin halal bəhrəsini yeyib, dolanırdıq. Hər fəsli gözəl elimizdə yayda enişli-yoxuşlu yolları keçib yaylaqlara gedərdik. Heyf o günlərdən...”, - deyən və kövrək anlar yaşayan həmsöhbətim yaxşı xatirələrlə yanaşı, yaddaşına qara hərflərlə yazılan məqamlardan da söz açır.

“Dediyim kimi, kəndimizdə ermənilərin sayı az olsa da, məkrləri böyük idi. Onlar azərbaycanlıların savadlı kadr kimi yetişməsinə mane olurdular. Ona görə də orta məktəbi Qərbi Azərbaycanda oxusam da, ali təhsilimi Bakıda aldım. Daha sonra yenə ata yurduma, valideynlərimin yanına qayıtmağa qərar verdim. Bilirdim ki, təhsil almağa imkan vermədikləri kimi, iş tapmaqda da çətinlik çəkəcəyəm, yanılmadım da. İxtisasca mühəndis idim, məşğulluğumu təmin etmək üçün Zod kəndində Dağ-Mədən Kombinatına üz tutdum. Rəhbəri erməni idi, mənə bir neçə il ancaq tuneldə fəhlə kimi işləyə biləcəyimi dedi. Qəbul etmədim, sonra bir təhər yenə rəhbərliyində ancaq ermənilərin olduğu, 36 kənddən şagirdlərin təhsil aldığı texniki peşə məktəbinə müəllim kimi işə düzəldim. Orada da işləməyə imkan vermirdilər. Bizim üçün süni problemlər yaradırdılar, bezdirməyə çalışırdılar. Yadımdadır, müəllimlər otağında bizə “Bu yerlərin sahibi biz olacağıq, siz isə buradan gedəcəksiniz” deyirdilər. Biz onları dəlillərlə, faktlarla susdurmağa çalışırdıq. Mən hələ 80-ci illərin əvvəllərindən danışıram. Demək ki, bunlar qurulmuş planın icrasına hazırlaşırmışlar”.

Müsahibim deyir ki, ermənilərin zülmü getdikcə daha da azğın hal alıb: “Ailə qurmuşdum, qızım və oğlum var idi. Ata yurdumda özümə ev tikmək istəyirdim. İnşaat materialları satılan mağazada satıcı erməni idi. Mənə qəzəblənərək “Sənə mal satmayacağam, sən nə deyib, ev tikdirirsən. Yeriniz dağın o tərəfidir, əvvəl-axır sizi ora yola salacağıq” deyib, sifətini turşutdu. Mən də cavab verdim ki, “Ata yurdum buradır, niyə buradan getməliyəm?”. Bu sözləri eşidən kimi üstümə şığıdı. Yanındakı başqa erməni isə “Qoy tiksinlər də, onsuz da bizim üçün tikirlər” deyib, onu sakitləşdirirdi. Bax, bunlar bizə belə hörümçək toru qururdular. Bir qızımı 3 yaşında xəstəxanada öldürdülər. Uşaq soyuqlamışdı, hərarəti qalxmışdı. Xəstəxanaya apardıq. Bir də gördük uşağın başından iynə vururlar. Anası etiraz edəndə “Sən nə bilirsən axı, qoy işimizi görək, mane olma” deyə qışqırdılar. Bir neçə dəqiqə sonra övladımız gözümüzün önündə canını tapşırdı. Bu dərd ürəyimizdə qübar bağlayıb. Balamızı gözümüz baxa-baxa qətlə yetirdilər bu qatillər...”.

Vaqif Hüseynov bir təhər özünü ələ alıb, sözünün ardını gətirir. “1988-ci ildə lap azğınlaşdılar. Saqqallı erməni quldurları bizimlə qonşuluqda yaşayan, eyni kənddə qalan ermənilərə də silah paylayırdılar. Çalışdığım peşə məktəbində 45 il direktor işləmiş rəhmətlik Mahmud Hacıyevə təzyiq edib, yurdumuzu tərk etməyimizi söyləmişdilər. Mən etiraz edəndə atəş açdılar, cəld tərpəndim, güllə yayınıb, yandakı qutuya dəydi. Evlərin qapısından “Çıxın gedin, yoxsa sizi öldürəcəyik” cümləsi yazılan kağızlar atıb, gözümüzü qorxutmağa çalışırdılar. İşə gedə bilmirdik. Avtobus sürücüləri ermənilər idilər, bizi aparmaqdan imtina edirdilər. Ərzaq üçün mağazaya getməyə belə imkan vermirdilər. Qardaşımı bıçaqladılar, xəstəxanaya apardıq. Erməni tibb bacıları öz dillərində “Nahaq bıçağı dərinə batırmayıblar, gərək, öldürərdilər”, - deyə danışırdılar. Son günlərdə camaatın mal-qarasını aparmağa başlamışdılar. Malımızı, mülkümüzü, torpaqlarımızı yağmalayıb, özümüzü deportasiya etdilər. Quru canımızı götürüb, Göygöl rayonunda məskunlaşmalı olduq. Yaşlılar Vətən deyə-deyə dünyasını dəyişdilər. Biz də həsrət, nisgil dolu illər yaşadıq”, - deyə Vaqif müəllim bildirir.

Artıq işğal altındakı torpaqlarımızın azad edildiyini, hazırda isə ən böyük diləyinin ata-bala torpaqlarına qayıtmaq olduğunu bildirən Vaqif Hüseynov əmindir ki, Prezident İlham Əliyevin müdrik siyasəti və siyasi iradəsi ilə bu arzusuna da çatacaq: “Dövlətimizin başçısı dediyi sözlərin hamısına əməl edib, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, o yerlərdə həyata keçirilən böyük işlər bizi ürəkdən sevindirir. İnanıram ki, Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz evlərinə qayıdış hüququ bərpa ediləcək. Babalarımızın ocağında yenidən çıraq yandıracağıq. O torpaqlarda yenə tonqallar qalayıb, bayramlar keçirib, toy-büsat quracağıq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar