“Tottenhem” La Liqadan hücumçu transfer edib
Bakı, 26 yanvar, AZƏRTAC
İngiltərənin “Tottenhem” futbol klubu İspaniya La Liqasında mübarizə aparan “Vilyarreal”ın üzvü Arnaut Danyumanı transfer etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, komanda bunu rəsmi sosial şəbəkə hesablarında elan edib.
İyirmi beş yaşlı niderlandlı hücumçu icarə əsasında komandaya qoşulub. O, mövsümün sonuna qədər İngiltərə Premyer Liqasında mübarizə aparacaq.
Komanda hücumçunu birbaşa transfer etməkdə maraqlıdır. “Vilyarreal” hücumçunun transferinə görə 35 milyon avro tələb edir.
2021-ci ildən “Vilyarreal”da çıxış edən Danyuma 33 matçda 12 qola imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]