“Tottenhem”in baş məşqçisi Antonio Konte rekorda imza atıb
Bakı, 29 dekabr, AZƏRTAC
“Tottenhem” klubunun baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Konte bu rekorda İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində “Sauthempton” klubuna qarşı keçirilən oyunda nail olub. “Sent-Meri” stadionunda heç-heçə (1:1) bitin oyunda “Tottenhem” klubu Kontenin rəhbərliyi altında məğlubiyyətsiz oyunlar seriyasını yeddiyə çatdırıb. Bununla da Konte ilk yeddi oyunu məğlubiyyətsiz başa vuran məşqçi kimi London təmsilçisinin tarixinə düşüb.
Xatırladaq ki, Antonio Konte “Tottenhem”ə baş məşqçi gələndən sonra klub keçirdiyi yeddi matçın 4-də qələbə qazanıb, 3-də isə rəqiblə heç-heçə oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]