Tovuz və Qazaxda “Musiqili eyvan” adlı konsertlər sakinlərin zövqünü oxşayıb
Tovuz, 24 aprel, Rauf Hacıyev, AZƏRTAC
Bütün dünyada olduğu kimi , respublikamızda da koronavirus pandemiyası ilə mübarizə məqsədilə həyata keçirilən sosial izolyasiya qaydalarının tətbiq olunduğu karantin günlərində əhalinin səmərəli istirahətini təmin etmək məqsədilə Ağstafa Regional Mədəniyyət İdarəsi silsilə tədbirlərini davam etdirir.
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Xəyal Nağıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarənin əhatə etdiyi Tovuz və Qazax rayonlarında çoxmərtəbəli yaşayış binalarında “Musiqili eyvan” adlı bir-birindən maraqlı konsert proqramları baş tutub.
Tovuz Mədəniyyət Mərkəzi və Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin, həmçinin Qazax Mədəniyyət Mərkəzi və 1 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramları bina sakinləri tərəfindən maraqla qarşılanıb.
Səsləndirilən ifalar bina sakinlərinin zövqünü oxşayıb, onlara maraqlı anlar bəxş edib.