Tovuzda 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir
Tovuz, 31 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Tovuzda 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yığıncaq keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov erməni daşnaklarının zaman-zaman xalqımızın başına açdıqları bəlalardan danışmışdır. O, ulu öndər Heydər Əliyevin tariximizin araşdırılması istiqamətində fəaliyyətindən söz açmış, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımına siyasi-hüquqi qiymət verilməsində 1998-ci il 26 mart tarixli Fərmanının rolunu vurğulamışdır.
Natiq mənfur ermənilərin 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Naxcıvanda və digər bölgələrdə törətdikləri vəhşilikləri xatırlatmışdır.
YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, icra hakimiyyətinin şöbə müdiri Mayıl Qasımov və başqaları çıxış edərək bildirmişlər ki, xalqımız başımıza gətirilən faciələri unutmamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]