Tovuzda Kür çayı sahilində güclü yanğın olub
Tovuz, 21 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində, Kür çayının sahilində yanğın hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə vətəndaşlara məxsus açıq sahədə anidən başlayıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində təxminən 300 hektara yaxın quru otlaq və kol-kos sahəsi yanıb. FHN əməkdaşlarının operativ müdaxiləsi sayəsində ərazidə yerləşən vətəndaşlara məxsus fermalar alovdan qorunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]