“Trabzonspor” doğma meydanda qalib gəlib
Bakı, 12 yanvar, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci qarşılaşmasında "Trabzonspor"la "Samsunspor" üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada ilk qolu 2-ci dəqiqədə ev sahiblərinin heyətindən Filip Benkoviç vurub. 45+1-ci dəqiqədə Paul Onuaçu fərqi iki topa çıxardıb. Qonaqların yeganə qoluna 90+5-ci dəqiqədə Taylan Antalyalı imza atıb.
Günün ilk matçında isə "Sivasspor" "Qalatasaray"la 1:1 hesablı heç-heçə edib.
Bu nəticə ilə xalların sayını 36-ya çatdıran "Trabzonspor" 3-cü pillədəki yerini qoruyub. "Samsunspor" isə 18 xalla on yeddincidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]