Tramp: Biz dünyaya yaxşılıq etdik
Vaşinqton, 7 mart, AZƏRTAC
İlk administrasiyam dövründə ABŞ ordusunu yenidən qurduq və həqiqətən güclü etdik.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Amerika Qalxanı" sammitində çıxışı zamanı deyib. O bildirib ki, yer üzündə belə bir hərbi qüvvə yoxdur və onunla İranda çox yaxşı işlər görülür.
“Üç gündə İranın Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik. Bu, Hərbi Dəniz Qüvvələrinin sonu deməkdir. Onların Hərbi Hava Qüvvələrini, rabitəsini və bütün telekommunikasiyalarını məhv etdik”, - deyə Tramp əlavə edib.
Tramp deyib ki, İran nüvə silahına yaxın idi və ABŞ məhv etməsəydi, onu istifadə edərdi.
“Biz dünyaya yaxşılıq etdik. Bu, edilməli olan bir şey idi və biz bunu yaxşı edirik”,- deyə o vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]