Tramp Çin rəhbərliyindən ABŞ kənd təsərrüfatı məhsullarına tariflərin ləğv olunmasını xahiş edib
Vaşinqton, 2 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin rəhbərliyi ilə ticarət danışıqlarının yaxşı getdiyi üçün o, rəsmi Pekindən ABŞ-ın bütün kənd təsərrüfatı məhsullarına tariflərin dərhal ləğv olunmasını xahiş edib.
Prezident Tramp öz tvitter səhifəsində yazıb: “Mən Çindən bizim bütün kənd təsərrüfatı məhsullarına, o cümlədən mal əti, donuz əti və başqa məhsullara tariflərin dərhal ləğv olunmasını xahiş etdim, çünki ticarətə dair diskussiyalarımız yaxşı gedir”.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tariflərin yanvarın 1-dən etibarən 10 faizdən 25 faizə qaldırılması nəzərdə tutulurdu, lakin Tramp administrasiyası Çin rəhbəri Cinpin ilə səmərəli danışıqlardan sonra bu prosesin 90 gün müddətinə dayandırılmasını qərara alıb. Tramp bazar günü deyib ki, danışıqlarda irəliləyişi nəzərə alaraq tariflərin artırılmasını yenə ləngidəcək.
Yusif Babanlı
AZƏRTAC -ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]