Tramp Rusiya nefti ilə bağlı yeni bəyanat verib
Bakı, 26 sentyabr, AZƏRTAC
Macarıstan və Slovakiya Rusiya neftindən imtina etməkdə çətinlik çəkir.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı deyib. Onun sözlərinə görə, Macarıstan üçün Rusiyadan neft alışını dayandırmaq həqiqətən çətindir.
Tramp qeyd edib ki, Macarıstanın dənizə çıxışı yoxdur və bu, alternativ təchizatçılardan neft almağı çətinləşdirir. Bundan başqa, Ağ Ev rəhbəri əlavə edib ki, Slovakiya da oxşar vəziyyətdədir.
Ötən gün Ərdoğanla görüşdə Tramp Türkiyənin Rusiya neftinin alışına son qoymasında israrlı olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]