Tramp Suriyanın yeni Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb

Bakı, 14 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb.
AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, bu, son 25 ildə iki ölkənin liderləri arasında ilk görüşdür.
Ər-Riyadda keçirilən ABŞ–Körfəz ölkələri sammiti Donald Trampın ikinci prezidentlik müddəti çərçivəsində Səudiyyə Ərəbistanına ilk rəsmi səfəri zamanı baş tutub. 2022-ci ildə Ər-Riyadda keçirilən sonuncu belə sammitdə körfəz regionunun altı ölkəsinin liderləri ilə yanaşı, Misir, İordaniya və İraq rəhbərləri də iştirak ediblər.
Ağ evin məlumatına görə, səfərin ilk günü ABŞ-la Səudiyyə Ərəbistanı arasında sazişləri və investisiya öhdəliklərini əhatə edən 600 milyard dollarlıq paket imzalanıb. Bu, iki ölkənin iqtisadi əməkdaşlıq tarixində ən böyük müqavilədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [20:51]
Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb
- 21.06.2025 [17:30]
Yaponiyada inflyasiyanın səviyyəsi son iki ilin rekord həddinə çatıb
- 21.06.2025 [17:20]
Aleksandr Vuçiç: Rəqəmsal ordu yaradırıq
- 21.06.2025 [17:16]
Belqradda Avropa Ravvinləri Konfransı keçiriləcək
- 21.06.2025 [17:06]
Muzdlu silahlı dəstə Nigerdə 14 hərbçini qətlə yetirib
- 21.06.2025 [16:54]