Tullantıların düzgün idarəolunması ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 25 dekabr (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qala qəsəbəsində həyata keçirilən “Təmiz Qala” tullantıların çeşidlənməsi layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, maarifləndirmə tədbirləri bu ilin sentyabr-dekabr ayları ərzində Qala, Şüvəlan, Türkan və Zirə qəsəbələrinin orta məktəb şagirdləri üçün keçirilmişdir.
İlk növbədə Qala qəsəbəsinin məktəbliləri arasında makulaturanın yığılması üzrə yarış təşkil edilmişdir. Orta məktəb şagirdləri istifadə olunmuş dəftər, albom, kitab və digər lazımsız kağız məmulatlarını toplayaraq “Təmiz Şəhər” ASC-yə təhvil vermişlər. Ən çox makulatura toplayan məktəblilər sertifikat və hədiyyələrlə təltif olunmuşlar. Aksiya nəticəsində 5 tonadək makulatura toplanmış və təkrar emala göndərilmişdir.
Bundan əlavə, ASC-nin mütəxəssisləri dekabr ayında Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinə mühazirələr oxumuşlar. Tələbələrə yenicə istifadəyə verilmiş bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları haqqında ətraflı məlumat verilmişdir. Mühazirələr tələbələr arasında böyük marağa səbəb olmuş və bu cür mühazirələrin gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Tullantıların düzgün idarə olunmasını təbliğ etmək məqsədi ilə maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]