“Turan Tovuz”un futbolçusu: İnanıram ki, mövsümün sonunda medalçılar sırasında olacağıq
Bakı, 28 yanvar, AZƏRTAC
“Komandamız üçün çox vacib matç idi. Ürəklə oynadıq. Bütün oyunçularımız yaxşı mübarizə apardılar. Nəticəyə görə çox xoşbəxtəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Aleks Souza Misli Premyer Liqasının XX turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Onun sözlərinə görə, qələbədə yüksəksəviyyəli hazırlıq, məsuliyyət və nizam-intizam böyük rol oynayıb: “Təbii ki, “Qarabağ” çempionatın ən güclü klublarından biridir. Möhtəşəm işlər görürlər və keyfiyyətli futbolçulardan ibarət heyəti var. Biz də belə kollektivlə qarşılaşmaya ciddi hazırlaşmışdıq. Oyunda baş məşqçimiz Kurban Berdiyevin verdiyi təlimatları yerinə yetirdik. Növbəti oyunlarda da özümüzü yaxşı tərəfdən göstərmək istəyirik”.
Braziliyalı hücumçu bildirib ki, bu qalibiyyət gələcək görüşlərdə komandanın motivasiyasını artıracaq: “Növbəti turda Tovuzda “Səbail”lə qarşılaşacağıq. Ev matçları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Azarkeşlərimiz bizdən yaxşı nəticələr gözləyirlər. Doğma meydanda uduzmamaq üçün sonadək mübarizə aparacaq, vuruşacağıq. Mən bu matçda da komandama xeyir vermək üçün əlimdən gələni edəcəyəm”.
A.Souza mövsümün sonunda medalçılar sırasında olacaqlarına inandığını söyləyib: “Hazırda bunun üçün çalışırıq. Demək olar ki, hər gün məşq edirik. Burada olmaqdan çox xoşbəxtəm”.
Qeyd edək ki, “Turan Tovuz” turnir cədvəlində 35 xalla dördüncü sırada qərarlaşıb. İlk pillədə isə 50 xalla “Qarabağ” yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:11]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [15:23]
Müxtəlif sahələrdə fəallığı ilə fərqlənən 15 gənc təltif olunub
- 07.08.2026 [23:54]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]