TURİNDƏ XX QIŞ OLİMPİADASI BAŞLANDI
Olimpiadada 80 ölkənin 2500-dən çox idmançısı iştirak edir. 16 gün ərzində onlar 15 növdə 84 dəst medal uğrunda mübarizə aparacaqlar.
İtaliya hökuməti Oyunların təşkilinə 2 milyard 600 milyon dollar sərf etmişdir, bunun 90 milyonu təhlükəsizlik tədbirlərinə xərclənmişdir.
Dördilliyin bu yarışlarını 100-dən çox telekanal, o cümlədən Azərbaycanın “Lider” Teleradio Şirkəti işıqlandırır.
Olimpiadada ölkəmizi iki idmançı təmsil edəcəkdir. Onlar fiqurlu konkisürmə üzrə qoşa yarışlarda çıxış edəcəklər. Bu, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra idmançılarımızın iştirak etdikləri üçüncü qış Olimpiadasıdır.
İdmançıların paradından sonra 2006-cı il Oyunları Təşkilat Komitəsinin sədri Valentino Kastellani və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Poqq çıxış edərək, iştirakçıları Olimpiadanın başlanması münasibətilə təbrik etdilər, onlara uğurlar arzuladılar.
İtaliya Prezidenti Karlo Adzelyo Çampi Oyunları açıq elan etdi.
Olimpiya oyunlarının bayrağı qaldırıldı.
Xizəkçilik yürüşləri üzrə ikiqat Olimpiya çempionu Stefaniya Belmondo Olimpiya məşəlini yandırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]