Turizm sahəsində növbəti silsilə tədbir Masallıda reallaşdırılmışdır
Bakı, 24 aprel (AZƏRTAC). “Şəfəq” Ekoturizm İctimai Birliyi (İB) Masallı rayonunda turizm sahəsində insanların geniş məlumatlar əldə etmələri üçün tədbir keçirmişdir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Region gənclərinin turizm sahəsində bacarıqlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə reallaşmışdır.
Tədbirdə layihənin məqsədi, qarşıda duran vəzifələr, Azərbaycanın turizm potensialı, bələdçilik xidməti və bu xidmətin turizmin inkişafındakı rolu barədə iştirakçılara məlumatlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]