Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Notariat Birliyi yaradılır
Bakı, 5 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Notariat Birliyi yaradılır.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu məqsədlə Türkiyənin paytaxtı Ankarada üzv dövlətlər arasında razılaşma sənədi imzalanıb. Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov və Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov təmsil ediblər.
Toplantıda, həmçinin Türk dünyası Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanbiçek Ömüralıyev, TDT-yə üzv ölkələrin ədliyyə nazirləri, notarius üzrə məsul şəxslər və digərləri iştirak ediblər.
Tədbirdə TDT Notariat Birliyinin yaradılmasının üzv dövlətləri arasında əlaqələrin dərinləşdirilməsinə, notariat işlərinin daha sürətli şəkildə həyata keçiriləcəyinə töhfə verəcəyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]