İDMAN
Türk Dövlətlərinin Atletika Dərnəyi yaradılacaq
Bakı, 4 dekabr, AZƏRTAC
İstanbulda Türk Dövlətləri Atletika Dərnəyinin yaradılması ilə bağlı ilk iclas keçirilib.
AZƏRTAC Türkiyə Atletika Federasiyasına istinadla xəbər verir ki, iclasda qardaş ölkədən başqa, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası müşahidəçi qismində iştirak edib.
Türk Dövlətlərinin Atletika Dərnəyinin yaradılması ilə bağlı ikinci toplantı 2024-cü ildə keçiriləcək. Həmin iclasa digər türkdilli dövlətlər də qatılacaqlar.
Dərnəyin yaradılması ilə atletika ruhuna uyğun olaraq, Türk Dövlətləri Atletika Çempionatının təşkili, gənclərin sağlam və fiziki hazırlığının yaxşılaşdırılması, idman və mədəni fəaliyyətlərin təşviqi nəzərdə tutulur.
Məqsəd, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin dərinləşdirilməsi, təcrübə mübadiləsinin, həmçinin bölgədə idman sahəsində maarifləndirmə işlərinin aparılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]