“Türk Hava Yolları” işçilərinin maaşını azalda bilər
İstanbul, 1 iyul, AZƏRTAC
“Türk Hava Yolları” aviaşirkətində pilotların maaşının 50, digər heyət üzvlərinin isə 30 faizədək azaldılması ilə bağlı müzakirələr aparılır.
AZƏRTAC xəbər verir ki, 6 mini pilot olmaqla 30 min işçisi olan aviaşirkətin illik maaş büdcəsi 1,8 milyard dollar təşkil edir. Pandemiya dövrü ərzində sərhədlərin bağlanması ilə 350-dək təyyarəyə malik olan şirkətin fəaliyyəti demək olar ki, tam dayandırılıb. Yaranmış vəziyyətlə bağlı dəyən zərərin qarşısının alınması məqsədilə işçilərin maaşının azaldılması ilə bağlı müzakirələr aparılır. Bu müzakirələrdən müsbət nəticə əldə olunduğu təqdirdə şirkətin işçilərinin maaşı 2018-ci ilin ödənişləri səviyyəsinə endiriləcək.
Onu da qeyd etmək lazımdır ki, Türkiyədə pandemiya dövrü ərzində işdən çıxarılmalar qadağan olunub.
Qeyd edək ki, hazırda “Türk Hava Yolları”nda işləyən 2 illik təhsilini tamamlamış ikinci pilotun maaşı təxminən 4400, iri təyyarələrin kapitan pilotunun aylıq gəliri isə təxminən 14 min ABŞ dolları təşkil edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]