TÜRK LİSEYİNİN MÜƏLLİMİ ƏFQANISTANDA İLİN MÜƏLLİMİ ELAN EDİLMİŞDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadən xəbər verir ki, əvvəllər Azərbaycandakı türk liseylərində müəllim işləmiş Ramazan Şaban Əfqanıstanda “İlin müəllimi” elan edilmişdir.
Əfqanıstanın Qəndəhar şəhərindəki liseydə dərs deyən müəllim minalanmış sahədə partlayış nəticəsində ayağından ağır yaralanan şagirdini qorxu bilmədən xilas etmişdir. Qanaxmadan huşunu itirməkdə olan məktəblinin harayına çatmağa cəsarət etməyənlərin arasında onun doğma atası da var idi.