Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə-Afrika münasibətləri: Tarixdən gələn etimad üzərində qurulan əməkdaşlığın yaratdığı perspektivlər

İstanbul, 26 iyul, Günel Karatepe, AZƏRTAC

Türkiyə ilə Afrika ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək qardaş ölkənin çoxşaxəli xarici siyasətinin əsas prinsiplərindən biridir. Tarixi təməl üzərində qurulan Türkiyənin Afrika siyasəti diplomatik, humanitar, iqtisadi və mədəni prinsiplər əsasında ikitərəfli, regional, qitəmiqyaslı və qlobal olmaqla dörd istiqamətdə inkişaf etdirilir. Qarşılıqlı etimad üzərində qurulan bu münasibətlərin təməlini isə Osmanlı imperiyasının Afrikanın bəzi bölgələrində hakimiyyəti dövründə müstəmləkəçilik siyasəti aparmamasından irəli gəlir. Uzun müddət Afrika qitəsi ilə Ankara arasındakı münasibətlərdə “uzaqlıq” yaşansa da, Osmanlı imperiyası dövründə qitədə atılan addımlar bu gün də bölgə xalqlarının yaddaşındadır.

Sonrakı dövrü isə Keniyanın qurucu Prezidenti Jomo Kenyattanın “Qərblilər gəldikdə onların əlində İncil, bizim əlimizdə torpaqlarımız var idi. Bizə gözümüzü yumaraq dua etməyi öyrətdilər. Gözümüzü açanda bizim əlimizdə İncil, onların əlində isə torpaqlarımız var idi...” sözləri ən qısa və aydın şəkildə ifadə edir.

Dövrümüzdə isə Afrika qitəsi beynəlxalq sistemdə daha fəal rol oynamağa başlayan, mövqeyi getdikcə artan qlobal aktora çevrilməkdədir. Bir çox sahələrdə sürətlə inkişaf edən qitənin iqtisadi və kommersiya potensialı, eləcə də geosiyasi mövqeyi bir çox ölkə və investorları buraya cəlb edir. Türkiyə tarixi sosial, siyasi və mədəni təcrübəsi, eləcə də sahib olduğu imkan və qaynaqlarını “Afrika problemlərinə afrikalı həllər” prinsipi çərçivəsində qarşılıqlı fayda əsasında bu ölkələrlə bölüşür. Dövlət qurumları, özəl sektor, qeyri-hökumət və humanitar yardım təşkilatlarının fəaliyyətlərini əhatə edən vahid yanaşmanın məhsulu olan “Afrika Tərəfdaşlığı Siyasəti” ilə Türkiyə qitənin sülh və sabitlik içində iqtisadi, sosial inkişafına töhfə verməyi hədəfləyir, ikitərəfli münasibətləri bərabərhüquqlu tərəfdaşlıq, eləcə də qarşılıqlı fayda əsasında inkişaf etdirir.

Son 20 il ərzində yüksəlməkdə davam edən bu münasibətlər Türkiyənin Afrika İttifaqı ilə əlaqələrini daha də möhkəmləndirib. Hazırda Afrika qitəsinin 44 ölkəsində Türkiyənin səfirlikləri fəaliyyət göstərir. Bu ölkələr arasında Türkiyənin Cənubi Afrika, Nigeriya, Seneqal, Keniya, Tanzaniya, Somali, Sudan, Efiopiya, Liviya və Əlcəzair kimi mühüm strateji tərəfdaşları var. Türkiyənin qitədə varlığı diplomatik münasibətlərlə yanaşı, ticarət, təhlükəsizlik və investisiya sazişləri, eləcə də mədəni mübadilə proqramları, humanitar yardım layihələri ilə dəstəklənir.

Türkiyə üçün Afrika ilə tərəfdaşlığın vacibliyini isə bir neçə amillə izah etmək olar. Dünya Bankı və müxtəlif beynəlxalq təşkilatların məlumatları onu göstərir ki, böyük təbii ehtiyatlara sahib Afrika qitəsi iqtisadi baxımdan sürətlə inkişaf edir. Bu da ətraf ölkələr, o cümlədən Türkiyə üçün əhəmiyyətli iqtisadi imkanlar yaradır. Türk şirkətləri Afrikaya sərmayə qoymaqla, ticarət müqavilələri imzalamaqla qitənin təqdim etdiyi imkanlardan faydalanırlar. Burada digər amil isə Afrika ilə əlaqələrin Türkiyənin beynəlxalq aləmdəki artan nüfuzuna və mövqeyinə təkan verməsidir. Belə ki, Afrika ölkələri BMT və digər beynəlxalq təşkilatlarda mühüm səsvermə hüququna malikdir və bunun sayəsində Türkiyə qitə ölkələri ilə qurduğu dostluq əlaqələri sayəsində beynəlxalq platformalarda daha təsirli rol oynamaq imkanı əldə edir. Daha bir amil isə Afrikaya edilən yardımlarıdır. Bu yardımlar humanitar dəstəklə yanaşı, həm də Türkiyənin dünyada sahə üzrə liderliyini daha da gücləndirir. Belə ki, bu layihələr beynəlxalq ictimaiyyət tərəfindən də təqdirlə qarşılanır. Türkiyə-Somali münasibətlərinə dair əsərləri ilə tanınan somalili yazıçı Ayşe Hasen Şenkayinin “Türkiyə Somalinin qəlbində böyük bir yer qazanıb” ifadəsi Ankaranın həyata keçirdiyi layihələrin bu ölkələrdə rəğbətlə qarşılandığının ən bariz nümunələrindəndir. Yazıçının bu sözləri Türkiyənin bölgədə həyata keçirdiyi siyasətin yerli ziyalı dairələrlə yanaşı, rəsmi qurumlar tərəfindən də yüksək qiymətləndirildiyinin göstəricisidir.

Türkiyə ilə Afrika ölkələri arasında ümumi ticarətin həcmi 2003-cü ildə 5,4 milyard dollar olduğu halda, 2022-ci ilin sonuna 40,7 milyard dollara çatıb. Türkiyənin Afrika ölkələrinə qoyduğu sərmayənin məbləği isə 10 milyard dollara çatıb. Bu da qitə ölkələrində yüz minlərlə insana iş imkanı yaradıb.

Qardaş ölkənin Afrikada həyata keçirdiyi siyasətin istiqamətlərindən biri də bu ölkələrin inkişafına təkan verməkdir. İqtisadi inkişafın nəqliyyatdan asılılığı türk iş adamlarının bölgəyə cəlb olunmasında böyük rol oynayıb. Belə ki, “Türk Hava Yolları” aviaşirkətinin qitə ölkələrinə başlatdığı səfərlərin məntəqə sayı 59-a çatıb və bu rəqəm artmaqda davam edir.

Bütün bunları nəzərə aldıqda, Türkiyə-Afrika əməkdaşlığı Türkiyənin qitədəki strateji mövqeyini gücləndirməklə yanaşı, həm də bölgənin iqtisadi müstəqillik və sabitliyə nail olmaq potensialını da artırır.

Türkiyə ilə Somali arasında imzalanan “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi” və “Karbohidrogen Kəşfiyyatı və Hasilatı Müqaviləsi” isə bu münasibətlərin inkişafının əsas göstəricilərindəndir.

Hazırda Türkiyə “Karbohidrogen Kəşfiyyatı və Hasilatı Müqaviləsi”nə əsasən, Afrika sahillərində təbii qaz və neft axtarışı üçün fəaliyyətə başlamağı planlaşdırır. Bu məqsədlə Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi sentyabr ayından etibarən Somali dənizlərində 3 blokda təbii qaz və neft yataqlarının axtarışına başlayacaq. Qeyd edilən layihəyə əsasən, Türkiyənin Somalidə enerji sektoruna qoyacağı investisiyaların bu ölkənin iqtisadi inkişafını sürətləndirməyi, enerji infrastrukturunu modernləşdirməyi hədəfləyir. Eyni zamanda, bu əməkdaşlıq Somalinin regional enerji mərkəzinə çevrilməsi məqsədini dəstəkləyir və ölkəyə xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayacaq. Qardaş ölkə üçün isə bu müqavilə enerji resurslarının şaxələndirilməsi strategiyasının bir hissəsi hesab olunur və Türkiyənin Afrika qitəsində uzunmüddətli iqtisadi-siyasi təsirini gücləndirmək məqsədinə xidmət edir. Bu əməkdaşlıq həm də Türkiyənin Somalidə həyata keçirdiyi humanitar yardım və infrastruktur layihələri, eləcə də təhsilə qoyulan investisiyaların davamıdır. İki ölkə arasında çoxşaxəli əməkdaşlığın güclənməsinə töhfə verəcək bu addım, həmçinin Somali xalqının rifahının yüksəlməsinə ən böyük dəstəkdir. Belə ki, geoseysmik tədqiqatlar Somalinin ən azı 30 milyard barel neft və qaz ehtiyatına sahib ola biləcəyini göstərir. Belə olacağı təqdirdə, karbohidrogen ehtiyatlarından səmərəli istifadə Somali iqtisadiyyatının dirçəlməsinə və ölkənin enerji müstəqilliyinə nail olmasına böyük töhfə verə bilər.

Afrika qitəsində Türkiyə bayrağının ən çox görüldüyü sahələrdən biri də müdafiə sənayesidir. Hazırda rəsmi Ankaranın təxminən 30 Afrika ölkəsi ilə müdafiə sənayesi üzrə əməkdaşlıq müqaviləsi var. Bu müqavilələr təkcə müdafiə sənayesi məhsullarının satışını əhatə etmir. Türkiyə ilə Afrika ölkələri arasında hərbi çərçivə razılaşmaları ilə inkişaf etdirilən təhlükəsizlik əlaqələri də getdikcə dərinləşir. Afrika ölkələrindəki Türkiyə istehsalı müdafiə sənayesi məhsulları arasında pilotsuz uçuş aparatlar ön plana çıxır. Bu prosesin hərbi tərəfi ictimaiyyətin diqqətini cəlb etsə də, əslində, arxa planda Türkiyə bununla Afrika ölkələrində mərkəzi hökumətlərin separatçılara qarşı mübarizəsinə və dövlət gücünü nümayişinə dəstək verir.

Nəticə etibarilə Türkiyə-Afrika əlaqələrinin möhkəmlənməsi həm Türkiyə, həm də Afrika ölkələri üçün böyük imkanlar yaradır. Hər iki tərəf üçün “qazanan-qazanan” prinsipi üzərində inkişaf etdirilən bu münasibətlər qarşılıqlı fayda əldə etməyə imkan verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şossesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”

Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib

Elşad Nəsirov: Boru kəmərlərinin inkişaf etmiş şəbəkəsi regionda enerji əməkdaşlığına imkanlar açır

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Paytaxtın Nəsimi rayonunda müşavirə: Bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməlidir

Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib

Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi ŞƏRH

Almaniyada ehtiyatda olan hərbçilərin sayının azı 200 minə çatdırılması planlaşdırılır

BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar

Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib

BDU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər