SİYASƏT
Türkiyə mediası Azərbaycan Ordusunun qanunsuz erməni dəstələrinə qarşı keçirdiyi “Qisas”əməliyyatından yazıb
![](/files/galleryphoto/2022/2/1200x630/16595947092038348017_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16595947095644315712_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16595947092482752224_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16595947095968722601_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1659594709124355316_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1659594709984264025_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16595947096283310088_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16595947095116247248_1200x630.jpg)
Ankara, 4 avqust, AZƏRTAC
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutulması və bu cinayətlər əsasında yaranan gərginlik barədə məlumatlar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber”, “Haber Global” telekanalları, “Yeni akıt” qəzeti və digər media qurumları Azərbaycan ərazisində mövcud olan qanunsuz erməni silahlı dəstələrinin təxribatçı terrorçuluq fəaliyyətləri barədə geniş məlumat yayıblar.
Diqqətə çatdırılıb ki, ermənilərin hücumu nəticəsində müddətli həqiqi hərbi xidmətdə olan azərbaycanlı əsgər Anar Kazımov şəhid olub. Azərbaycan Ordusu qanunsuz erməni dəstələrinə qarşı “Qisas” əməliyyatı keçirərək terrorçulara ağır zərbə vurub.
Türkiyə mediası faktlar, siyasi mühakimələr və ekspert rəyləri ilə əsaslandırır ki, yaranmış gərginliyə və baş verə biləcək digər xoşagəlməz bütün hadisələrə görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara