Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib
Ankara, 25 sentyabr, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. İclasda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla Türkiyə dövlətinə qarşı təhdid mənbəyi olan bütün terror təşkilatlarına qarşı ölkə daxilində və xaricdə aparılan uğurlu antiterror əməliyyatları barədə MGK-yə müfəssəl məlumat verilib. Məlumatda qeyd olunur ki, Türkiyə Şərqi Aralıq dənizi daxil olmaqla, hava və su məkanları ilə birlikdə bütün sərhədləri daxilində özünün və Şimali Kiprin hüquq və haqlarını müdafiə etməkdə davam edəcək. Avropa İttifaqı başda olmaqla bütün qurumlardan bu haqq və mənafelərə hörmət edilməsi istənilir. Dünyada və bölgədəki bütün münaqişələrdə haqqın və ədalətin tərəfdarı olan Türkiyə dialoqun və anlaşmanın yanındadır. O cümlədən, Suriya və Liviyada qanun çərçivəsində terrorizmlə mübarizəyə və sabitliyin təmin edilməsinə dəstək verən Türkiyə bu ölkələrin sülh və rifaha qovuşması istiqamətindəki fəaliyyətini davam etdirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [11:31]
Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir
- 12.06.2026 [11:29]
ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır
- 12.06.2026 [11:28]
Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır
- 12.06.2026 [11:18]
Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı 8 faiz artıb
- 12.06.2026 [10:47]
BMT Baş katibi xəbərdarlıq edib: Nifrət ritorikası sürətlə yayılır
- 12.06.2026 [10:22]
Soçi hava limanında 57 reys təxirə salınıb
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [22:23]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [22:14]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:36]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [20:50]
Albaniya Respublikasının Baş naziri Edi Ramadan
- 11.06.2026 [20:10]
Qambiya Respublikasının Prezidenti Adama Barroudan
- 11.06.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [20:00]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:58]