Türkiyə Müdafiə Nazirliyi Ukraynaya kontingent göndərilməsi ehtimalına münasibət bildirib
Ankara, 27 noyabr, AZƏRTAC
Rusiya ilə Ukrayna arasında atəşkəs rejiminin təmin edilməsi hazırkı gündəmin prioriteti olmalıdır. Sonrakı mərhələdə isə məqsədləri dəqiq müəyyən ediləcək missiyanın çərçivəsi, eləcə də ayrı-ayrı dövlətlərin yuxarıda qeyd olunan missiyada iştirakı məsələsinin müzakirəsi mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 27-də Ukraynaya türk kontingentinin göndərilməsi ilə bağlı iddiaları şərh edərkən bildirib.
Nazirlik “sülh və təhlükəsizliyin təmin edilməsi üzrə addımlar müzakirə edilərkən ağla ilk gələn Türkiyə ordusu” faktını Türkiyə Silahlı Qüvvələrinin effektivliyinin, gücünün və nüfuzunun əsas göstəricisi kimi qeyd edib.
Türkiyə Silahlı Qüvvələrinin regionda təhlükəsizliyin və sabitliyin qorunmasına yönəlmiş təşəbbüslərə töhfə verməyə hazır olduğu vurğulanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]