Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə öz gələcəyini seçir

Türkiyə öz gələcəyini seçir

Bakı, 13 may, AZƏRTAC

Sabah Türkiyədə seçkilər günüdür. Son onilliklər ərzində daxili siyasi mübarizənin ən kəskin olduğu bir şəraitdə keçirilən seçkilər bütün dünyada maraqla izlənilir. Təbii olaraq qardaş ölkədə baş verən hadisələri mütəmadi şəkildə yaxından izləməklə bərabər Türk Dövlətləri Təşkilatının Müşahidəçilik missiyasının üzvü kimi də seçki öncəsi vəziyyəti yerində izləmək imkanımız oldu. Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi səfir Ayşe Sözen, İstanbul Valisi Ali Yerlikaya və İstanbul şəhər Seçki Komitəsinin başqanı Ramazan Seçkinlə görüşlərimiz dövlət qurumları tərəfindən bu seçkilərə hazırlığın ən yüksək səviyyədə həyata keçirildiyini və seçkilərin Türkiyə dövləti üçün demokratiya və ədalət barometri olduğunu bir daha təsdiq etdi. Hakim Ədalət və İnkişaf Partiyası ilə yanaşı aparıcı müxalifət partiyası olan Xalq Cümhuriyyət Partiyasının, eləcə də İYİ Partiyanın İstanbulda yerləşən mənzil-qərargahlarında keçirdiyimiz görüşlər seçkiöncəsi siyasi atmosferi müəyyən dərəcədə dəyərləndirmək imkanı verdi. Türkiyə siyasi analitiklərinin şərhləri də bu seçkilərə öngörü sərgiləmək üçün müəyyən bilgilər verir. Keçirdiyimiz görüşlərdən hakim partiyanın öz qələbəsinə inamlı olduğunu sezməmək mümkün deyildi. Seçki öncəsi təbliğat-təşviqat tədbirlərinin də yüksək səviyyədə aparılması və uğurla başa çatmaqda olması belə bir optimizm üçün əsas yaradır. Xalq Cümhuriyyət Partiyasının təmsilçiləri ilə görüşümüzdə müşahidəçilər tərəfindən verilən suallara birmənalı cavab verməkdə çətinlik çəkdikləri, etiraf edilməsə də kampaniya zamanı buraxılan səhvlərin dərk edildiyi və buradan da inamsızlıq və məğlubiyyət ruhunda olduqları diqqətdən yayınmadı. İYİ partiyanın təmsilçiləri ilə görüşdən isə partiyanın öz çəkisinə müvafiq şəkildə uğur qazana biləcəyinə ümid etdiyi qənaətinə gəlmək olar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Deputat qeyd edib ki, bütövlükdə seçkiöncəsi təbliğat-təşviqat mərhələsi bütün ölkələrdə olduğu kimi, Türkiyədə də sürprizlərsiz ötüşmədi. Müxalifət partiyası tərəfindən Rusiyanın seçkilərə mümkün müdaxiləsi haqqında bəyanat, eləcə də seçkilərə 3 gün qalmış Məmləkət Partiyasının lideri Mühərrəm İncənin heç bir izah vermədən prezidentliyə namizədliyini geri götürməsi yerli mətbuatda çoxsaylı və ziddiyyətli yorumların yer almasına və seçicilər arasında təsdiqi və ya inkarı olmayan şübhələrin yayılmasına səbəb oldu. Dünən hər iki siyasi düşərgənin son seçki mitinqləri baş tutdu. Bu gün isə Türkiyədə sükut günüdür.

Aparılan ümumiləşdirmələr onu göstərir ki, Prezident Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası seçkilər ərəfəsində özünü daha inamlı hiss edir. Bunun üçün kifayət qədər əsaslar var. 1960-cı illərdən başlayaraq 2002-ci ilədək davamlı hökumət dəyişiklikləri və tez-tez əldən ələ keçən hökumətlərin səbatsız siyasətləri Türkiyə iqtisadiyyatının inkişaf meyillərini əhəmiyyətli dərəcədə təsirləndirmiş və ildən-ilə artan inflyasiya dalğaları Türkiyəni asılı iqtisadiyyat ölkəsinə çevirmişdi. İqtisadi dayaqların olmadığı bir ölkədə müstəqil siyasət yeritməyin mümkün olmadığı isə aksiomadır. Odur ki, uzun illər ərzində Türkiyə Qərbin diktə etdiyi siyasi addımları reallaşdıran və bunun müqabilində ölkənin inkişaf etdirilməsi üçün heç bir preferensiya almağa nail olmayan yedək dövlətə çevrilməkdə idi. Bütün bunlar azmış kimi, sözdə müttəfiqlər tərəfindən əl altından Türkiyəyə qarşı terror təzyiqlərinin dayanmadan davam etdirilməsi Türkiyənin böyük siyasət səhnəsindən sıxışdırılıb çıxarılması, regional və beynəlxalq siyasətdə Türkiyənin iştirakının və rolunun sıfıra endirilməsi ilə nəticələnmişdi.

C.Feyziyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişi Türkiyənin dünya siyasi səhnəsinə fərqli bir simada çıxışına yol açdı. Daxili potensialı hərəkətə gətirməklə iqtisadi sabitliyin təmin edilməsi, insan haqları və demokratiya prinsiplərinin tam şəkildə təmin edilməsi, ölkə idarəçiliyində qanunçuluğun möhkəmləndirilməsi Türkiyənin regional və beynəlxalq səviyyədə çəkisini əhəmiyyətli dərəcədə artırdı. R.T.Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının 20 illik hakimiyyəti dövründə Türkiyə güc mərkəzlərinin təlimatları ilə davranan dövlətdən dünya miqyasında öz milli maraqlarına xidmət edən müstəqil xarici siyasət yürüdən güclü bir siyasi güc mərkəzinə çevrildi. Ərdoğanın siyasi müdrikliyi Türkiyəyə Qərblə Şərq arasında seçim etmək məcburiyyətindən yaxa qurtarmaq və həm daxildə, həm də xaricdə öz milli maraqlar siyasətini həyata keçirmək imkanı qazandırdı. Türkiyə kimi mühüm geostrateji mövqe sahibinin belə cəsarətli yola çıxması Rəcəb Tayyib Ərdoğanın şəxsi xarizmasından, öz xalqına və apardığı siyasətə dərin inamından doğurdu.

“İyirmiillik uğurlu siyasi kursun nəticələri bu gün Türkiyəni dünya siyasətinin ön cərgələrinə daşıyıb. R.T.Ərdoğan hakimiyyəti Türkiyə dövlətinə qarşı təhdidlərin kökünü kəsmək istiqamətində apardığı israrlı mübarizə nəticəsində beynəlxalq səviyyədə Türkiyəyə qarşı hörülmüş terror torunu darmadağın etdi. Türkiyə ABŞ, Fransa, Yunanıstan kimi NATO üzvlərinin, eləcə də Rusiyanın dünyanın müxtəlif bölgələrində apardığı pozuculuq fəaliyyətinin qarşısına inamla çıxdı, Yaxın Şərqdə və Cənubi Qafqazda siyasi sabitliyin bərqərar olunmasında mühüm rol oynadı. Ən başlıcası isə Türkiyə öz milli maraqlarını beynəlxalq siyasət müstəvisində cəsarətli bir şəkildə ortaya qoymağa nail oldu və beynəlxalq güc mərkəzlərini bu maraqlarla hesablaşmağa məcbur etdi. Türkiyə, sözün əsl mənasında, dünyada söz sahiblərindən birinə çevrildi. Bütün bunların ölkə daxilində aparılan siyasətlə birbaşa bağlılığı və tamamlanması Türkiyəni dünyanın 20 ən böyük iqtisadiyyatından birinə çevirdi. Türkiyənin iqtisadi, sosial, təhsil, səhiyyə, hərbi sənaye, kənd təsərrüfatı sahələrində sürətli inkişafı cəmiyyətin inkişaf indeksini əhəmiyyətli dərəcədə artırdı”, - deyən deputat vurğulayıb ki, AKP - MHP birliyinin simasında Türkiyə vətəndaşı öz əmin-amanlığının etibarlı təminatını əldə etdi, modern həyat tərzinə və ləyaqətli həyat şəraitinə qovuşdu. Keçən 20 il ərzində Ədalət və İnkişaf Partiyası R. T. Ərdoğanın rəhbərliyi altında böyük əzmlə, fədakarlıqla və məsuliyyətlə xalqın taleyi üçün ən faydalı olanı etdi. Partiya liderinin özünün dediyi kimi, “... 100 ilin işini 20 il ərzində gördü”.

“Bu gün Türkiyə Cümhuriyyətinin 100-cü ilində, çağdaş tarixinin ən məsuliyyətli dönəmlərindən birində Türkiyə öz gələcəyini seçmək ərəfəsindədir. Bu gələcək sabah sandıqlardan çıxacaq səslərin sayı ilə müəyyən ediləcək. Məhz bu səslər gözlənilən nəticələrlə bağlı xarici dövlətlərin, müxtəlif siyasiyönümlü şərhçilərin və təbliğatçıların açıqladığı ehtimallardan fərqli olaraq, türk vətəndaşının ədalət və minnətdarlıq hissinin dəqiq ölçü meyarı olacaq. Ədalət və minnətdarlıq borcu isə Türkiyə vətəndaşındadır. Türkiyə vətəndaşının öz minnətdarlıq borcunu ləyaqətlə qaytaracağına və R. T. Ərdoğana böyük etimad nümayiş etdirəcəyinə inamla sabahkı seçkilərin qardaş Türkiyə, həmçinin bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını arzulayıram”, - deyə o qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər