Türkiyə Pakistan və Əfqanıstan arasında aparılan danışıqlarda iştirak edir
Ankara, 19 oktyabr, AZƏRTAC
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Pakistan və Əfqanıstan arasında gərginliyin azaldılmasına dair danışıqlarda fəal iştirak edib.
AZƏRTAC xəbər verir ki, Pakistan və Əfqanıstan dövlət sərhədi bölgəsində atəşkəsin uzunmüddətli təmin olunmasına dair Dohada keçirilən danışıqlara Türkiyə və Qətər nümayəndələri, münaqişə tərəflərinin kəşfiyyat xidmətlərinin rəhbərləri və müdafiə nazirləri qatılıblar.
Müzakirələr 14 saat davam edib. Nəticədə yaxın günlərdə İstanbulda gələcək sazişlərin texniki detallarını razılaşdıracaq İşçi qrupunun ilk iclasının keçirilməsi barədə qərar qəbul olunub.
Müzakirələrin məqsədi rəami Kabil və İslamabad arasında, xüsusən də, sərhəd təhlükəsizliyi sahəsində fikir ayrılıqlarının uzunmüddətli tənzimlənməsi, terrorizm və qanunsuz miqrasiya problemlərinin aradan qaldırılmasıdır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]