TÜRKİYƏ PARLAMENTİ LİRƏNİN DENOMİNASİYA EDİLMƏSİNİ QƏRARA ALMIŞDIR
AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, Türkiyə parlamenti pul islahatı aparılması haqqında qanun qəbul etmişdir. Ona uyğun olaraq, gələn il yanvarın 1-də ölkənin milli valyutası – lirə denominasiya olunacaqdır.
Qanunda pul vahidində birdən-birə altı sıfırın silinməsi nəzərdə tutulur. Bu, vətəndaşların rahatlığı üçün ediləcəkdir. Xatırladaq ki, hazırda Türkiyədə minimum dəyər vahidi 50 min lirədir ki, bu da valyutaların mübadilə məzənnəsi ilə 4 ABŞ sentinə bərabərdir. Şəhər avtobusunda qısa məsafəyə gediş haqqı 900 min lirə, yaxud təxminən 70 sentdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]