Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib
Ankara, 12 mart, AZƏRTAC
Martın 12-də Ankaradakı Beştəpə Mərkəzində BMT-nin Baş katibi Antonio Quterreşə Beynəlxalq Atatürk Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ümumdünya təşkilatının rəhbərinə mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Mərasimdə Türkiyə lideri qeyd edib ki, rəsmi Ankaranın siyasəti dünyada sülhün və sabitliyin qorunmasına yönəlib və belə də qalacaq.
“Türkiyə BMT-nin fundamental dəyərlərinin tərəfdarıdır. Ölkəmiz münaqişələrin və zorakılığın artmasının qarşısını almaq üçün BMT ilə sıx əməkdaşlıq etməyə davam edir”, - deyən Türkiyə lideri A.Quterreşi dəyərli dost və səssiz əksəriyyətin səsi adlandırıb.
İran ətrafındakı vəziyyətə diqqət çəkən Türkiyə Prezidenti hazırkı proseslərin regionu tammiqyaslı fəlakətə doğru apara biləcəyini vurğulayıb.
Prezident Ərdoğan Beynəlxalq Atatürk Sülh Mükafatının regionda və dünyada sülhün möhkəmləndirilməsinə yol açacağına ümid etdiyini bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]