Türkiyə Prezidenti ilə Pakistan Baş Naziri arasında telefon danışığı olub
Ankara, 1 noyabr, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan arasında telefon danışığı olub.
AZƏRTAC Türkiyə Prezident Administrasiyasının rəsmi internet saytına istinadla xəbər verir ki, Türkiyə dövlət başçısına zəng edən Pakistan lideri İzmirdəki dağıdıcı zəlzələyə görə “keçmiş olsun”-deyib və həmrəylik ifadə edib.
Telefon zənginə və diqqətə görə təşəkkürlərini ifadə edən Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində ötən həftə Peşavərdə törədilən terror aktını bir daha qınayıb, dünyasını dəyişənlərə rəhmət diləyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]