Türkiyə Prezidenti Macarıstana səfər edib
İstanbul, 18 dekabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etmək məqsədilə Macarıstana gedib.
AZƏRTAC Türkiyənin diplomatik mənbələrinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin Macarıstana səfəri zamanı iki ölkə arasındakı “strateji tərəfdaşlıq” münasibətlərinin “genişləndirilmiş strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldilməsi hədəflənir. Bununla bağlı Ərdoğan ilə Orban tərəfindən müvafiq sənədin imzalanması gözlənilir. Ümumiyyətlə, iki ölkə arasında iqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji və mədəniyyət sahələrini əhatə edən 16 sənədin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, 1923-cü ildə imzalanmış “Türkiyə-Macarıstan Dostluq Müqaviləsi”nin 100-cü ildönümü münasibətilə 2024-cü il Türkiyə və Macarıstanda qarşılıqlı mədəniyyət ili elan olunub. Ərdoğan və Orban bununla əlaqədar Macarıstanda keçiriləcək tədbirlərin açılışını edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]